Icma.az
close
up
RU
Hörmüz boğazında gərginlik: Çin İranı niyə qoruyur?

Hörmüz boğazında gərginlik: Çin İranı niyə qoruyur?

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“İranın xarici işlər naziri Abbas Əraqçının Moskvadan sonra Pekinə səfəri ölkəsinin iki tərəfdaşından Tehrana dəstəyin artırılması gözləntisi ilə bağlıdır. Ukraynaya qarşı işğalçı müharibə Rusiyanın resurslarını tükəndirmək üzrədir. Bu səbəbdən Rusiyanın İrana dəstəyi artırması imkanları məhduddur. Bu vəziyyətdə İranın digər tərəfdaşı Çindən gözləntisi artıb”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Pekin İranın ABŞ-a məğlub olmasını əngəlləməyə çalışır:

“Pekində həmkarıyla görüşən Çinin xarici işlər naziri Van İnin “Çin İranın etibarlı strateji tərəfdaşıdır” açıqlaması Vaşinqtona mesajdır. Van İ bildirib ki, Pekin Tehranla siyasi etimadı daha da gücləndirməyə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır. Van İ iki ölkə rəsmiləri arasında təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Pekin Vaşinqton və Tel-Əvivdən fərqli olaraq İranın nüvə silahı əldə etməyə çalışmasına inanmır. Bunu Van İnin “Çin İranın nüvə silahı hazırlamaqdan imtina öhdəliyinə sadiqliyini yüksək qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır” sözləri də təsdiq edir. Təsadüfi deyil ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək bu beynəlxalq təşkilatda İrana qarşı qətnamələrin qəbulunun qarşısını alır.

Pekinin İrana hərtərəfli dəstəyini davam etdirməsinə baxmayaraq, Tehranın Vaşinqtonla danışıqlar yolu ilə məsələlərin həllinə üstünlük verməsini istəyir. Əlbəttə, Pekin bu zaman Vaşinqtonun Tehrana təzyiqini də qəbul etmir. Bütün hallarda “Hörmüz boğazı” ətrafındakı gərginliyin davamı Çinin maraqlarına ziddir. Çin İran və Körfəz ölkələrinin enerji resurslarını və mineral zənginliklərini nəql etməkdən məhrum olub. Çin bölgədəki gərginliyə qədər neftə olan tələbatının yarıdan çoxunu “Hörmüz boğazı” üzərindən əldə edirdi. Mövcud vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir ki, “Hörmüz boğazı” müharibədən əvvəl olduğu kimi bütün dövlətlərin gəmilərinə açıq olsun. Pekinin bu məsələnin həllindəki rolu ABŞ Prezidenti Donald Trampın bir neçə gündən sonra Çinə planlaşdırılan səfərinə də müsbət təsir edə bilər. Ancaq Pekin “Hörmüz boğazı”nın açılmasını istəsə də, ABŞ-ın boğazın girişini mühasirədə saxlaması siyasətini qətiyyətlə rədd edir. Ona görə də Pekin Vaşinqtonun istəyi ilə birtərəfli qaydada Tehrana təzyiq etməyəcək. Çünki, Çin hakimiyyəti düşünür ki, “Hörmüz boğazı”yla bağlı problemin qarşılıqlı güzəştlərlə həlli mümkündür. Tehranla Vaşinqton isə boğazla bağlı qarşılıqlı güzəştlərə hələ ki, hazır deyillər”.

Sara, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 May 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri