Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb və Hörmüz boğazı ilə bağlı fikir mübadiləsi aparıb.
Bakıvaxtı.az xəbər verir ki, Omanın XİN rəhbəri bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Ümid edirəm ki, tezliklə Hörmüz boğazı üçün müvəqqəti dəhlizi və təhlükəsiz naviqasiyanı bərpa etmək üçün praktiki tədbirləri elan edəcəyik", - Bədr əl-Busaidi bildirib.
Onun sözlərinə görə, İslamabad Anlaşma Memorandumunun 5-ci maddəsinə uyğun olaraq, boğazın gələcək idarəçiliyi və daimi həll yolu öz vaxtında təmin ediləcək:
"Regional tərəfdaşlarla müzakirələr sülh və əməkdaşlığı, sabitliyi, naviqasiya azadlığını dəstəkləmək məqsədilə aparılacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 25 Avqust 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















