Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Neft və kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan üç boş tanker ABŞ-nin Tehranın nüvə obyektlərinə havadan endirdiyi zərbələrə cavab olaraq İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağı ilə bağlı artan qeyri-müəyyənlik fonunda istiqamətini dəyişib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə gəmilərin hərəkətini izləyən “Marine Traffic” internet xidmətinin məlumatında deyilir.
"Ballastda olan və yük daşımayan, əvvəllər boğaza doğru hərəkət edən “Marie C” və “Red Ruby” tankerləri BƏƏ sahillərində Fuceyra yaxınlığında lövbər salıb", - məlumatda qeyd edilib.
Yaponiyanın “Nippon Yusen” və “Mitsui OSK Lines” şirkətlərinin məlumatına görə, onlar Hörmüz boğazından keçməyə davam edən gəmilərinə körfəzdə qalma müddətini azaltmağı tapşırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 23 İyun 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















