Icma.az
close
up
RU
Hörmüz körfəzi bağlanarsa, ABŞ və Çin İrana ciddi siyasi təzyiq göstərəcək

Hörmüz körfəzi bağlanarsa, ABŞ və Çin İrana ciddi siyasi təzyiq göstərəcək

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İran parlamenti Hörmüz boğazının bağlanmasına səs verib. İraq Xarici İşlər Nazirliyi bildirib ki, boğazın bağlanması Fars körfəzi və İraqdan gündəlik təxminən 5 milyon barel neft itkisinə, həmçinin qiymətlərin bir barel üçün 200-300 dollara qədər artmasına səbəb ola bilər. "JP Morgan" ekspertləri irimiqyaslı qarşıdurma halında Hörmüz boğazının blokadası səbəbindən bir barel üçün qiymətin 130 dollar və ya daha çox artacağı barədə xəbərdarlıq ediblər.

“İranın suverenliyinə qarşı təcavüz davam edərsə, Hörmüz boğazı tamamilə bağlanacaq”-bunu , SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri bildirib. Komandan həmçinin qeyd edib ki, İran sərt cavab verilmədən ərazi bütövlüyünün pozulmasına imkan verməyəcək. Öz növbəsində İranın Ali Rəhbərinin müşaviri Şəriətmədari vurğulayıb ki, Tehran mümkün qədər tez “Hörmüz boğazını Amerika, Britaniya, Almaniya və Fransa gəmiçiliyi üçün bağlamalıdır”.

Hörmüz boğazı bağlanarsa, Brent markalı neftin qiyməti 90 dollar/barelə qalxa bilər. Bloomberg-in məlumatına görə, Citigroup-un təxminlərinə görə, bağlanma bir neçə ay ərzində gündə 3 milyon barrelə qədər tədarükün pozulmasına səbəb ola bilər, lakin Çində tələbin azalmasının qiymətlərə ümumi təsirini yumşalda biləcəyi qeyd olunur.

“İranın Hörmüz boğazını bağlamaq barədə mümkün qərarı münaqişənin böyük eskalasiyası olacaq və bu, ABŞ-ın cavabı ilə nəticələnəcək”, Rubio xəbərdarlıq edib. ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, İranın Hörmüz boğazında gəmiçiliyi pozmaq cəhdi İslam Respublikasının iqtisadiyyatı üçün “intihar” olacaq. "Onların bütün iqtisadi fəaliyyəti Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Əgər onu dağıtmaq və qlobal böhrana səbəb olmaq istəyirlərsə, bu, onların qərarıdır. Bəs niyə bunu etmək istəyirlər?" O qeyd edib ki, Tramp “təxminən mayın ortalarında” İranla danışıqların heç bir nəticə vermədiyi qənaətinə gəlib və özəl olaraq ultimatumlar verib. Bu səhər Hörmüz boğazında İran gəmilərinin, o cümlədən İran hərbi gəmilərinin xaotik hərəkəti, ehtimal ki, boğazın minalanmasına hazırlıqdır və Fars körfəzində beynəlxalq gəmiçiliyi ciddi şəkildə məhdudlaşdırır.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın Hörmüz körfəzinin bağlanması ilə bağlı parlamentin qəbul etdiyi qərar hələ Təhlükəsizlik Şurasında təsdiqini tapmalıdır. Politoloqun fikrincə, İran bu riski gözə almayacaq.

Oqtay Qasımov

“Bu, körfəz ölkələrinə, eyni zamanda İranın özünə də ciddi şəkildə zərər verə bilər. Belə ki, İranın özünün də bütün enerji resursları faktiki olaraq Hörmüz boğazında, yəni Körfəz ərazisində yerləşib və boğazın bağlanması İranın öz iqtisadiyyatına ciddi şəkildə mənfi təsir edəcək. Nəzərə alaq ki, Hörmüz boğazının bağlanması İranın əsas strateji tərəfdaşlarından olan Çinə ciddi təsir edə bilər. Belə ki, Çinin enerji tələbatının əhəmiyyətli hissəsi, məhz İrandan aldığı neftin hesabına təmin olunur. Bu baxımdan düşünürəm ki, bu olsa da, keçici bir neçə günlük ola bilər. Çünki İranın həm də bunu davamlı şəkildə gündəmdə saxlaması və onu bağlaması çox da ciddi ehtimal edilmir və həm Amerika Birləşmiş Ştatları, o cümlədən onun müttəfiqləri də bunun qarşısını almaq üçün kifayət qədər imkanlara sahibdirlər”-deyən Oqtay Qasımov qeyd edib ki, boğazın bağlanması Amerikanın özünün enerji resurslarını dünya bazarında daha böyük ciddi qiymətlərə satmağa imkan versə də, amma Amerika Birləşmiş Ştatları özünün körfəzdəki dövlət maraqlarını nəzərə almalıdır.

Politoloq hesab edir ki, həm Amerika, həm də Çin tərəfindən reaksiya kifayət qədər sərt olacaq və qısa müddətdə bunun açılması üçün İrana təzyiqlər artacaq.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri