Hörmüzdə İrana rüsum ödəyən bütün gəmilər blokadaya alınacaq
Icma.az, Adelet.az saytına istinadən bildirir.
İranla görüş yaxşı keçdi, əksər məsələlər razılaşdırıldı, amma vacib olan yeganə məsələdə - nüvə məsələsində razılaşmadıq.
Adalet.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, indi ABŞ Hərbi Dəniz Qüvvələri dərhal Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri bloklamaq prosesinə başlayacaq.
“Gec ya tez hamının girməsinə və hamının çıxmasına icazə verilməsi prinsipinə keçəcəyik, lakin İran mina ola biləcəyini əsas gətirərək buna icazə verməyib ki, bunu da onlardan başqa heç kim bilmir. Bu, şantajdır və Amerika Birləşmiş Ştatları heç vaxt şantaj edilməyəcək. Mən, həmçinin Hərbi Dəniz Qüvvələrimizə Beynəlxalq Sularda İrana rüsum ödəyən hər bir gəmini axtarmağı tapşırmışam. Qanunsuz rüsum ödəyən heç kimin açıq dənizlərdə təhlükəsiz keçidi olmayacaq. Biz, həmçinin iranlıların boğazlarda yerləşdirdiyi minaları məhv etməyə başlayacağıq. Bizə və ya dinc gəmilərə atəş açan hər bir iranlı məhv ediləcək”, - deyə Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 12 Aprel 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















