Icma.az
close
up
RU
Hörmüzdə kritik hədd: böyük güclər oyuna daxil olur

Hörmüzdə kritik hədd: böyük güclər oyuna daxil olur

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın İran nefti ilə bağlı Hörmüz boğazında dəniz blokadası qərarı sadəcə Vaşinqtonun növbəti sərt addımı deyil. Bu, qlobal iqtisadiyyatın şah damarına sıxılan siyasi yumruqdur. Bu gün günorta saatlarından etibarən ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada rejiminə keçəcəyi barədə CENTCOM-un rəsmi bildirişi, uğursuz İslamabad danışıqlarından sonra artıq diplomatiyanın yerini güc nümayişinin aldığını açıq göstərdi. 

Hörmüz boğazı bu gün sadəcə xəritədə dar bir su zolağı deyil. Bu, dünyanın enerji nəfəsliyidir. Qlobal neft axınının təxminən beşdə biri bu dar boğazdan keçir. Burada atılan hər yanlış addım London birjasından Tokionun sənaye mərkəzlərinə, Bakıdan Berlindəki yanacaq bazarına qədər hər yerdə hiss olunur.

Və artıq ilk zərbə dəyib
Neft qiymətləri bir neçə saat içində 100 dollar həddini keçib. Tankerlər marşrutlarını dəyişir, sığorta haqları artır, bazarlar isə yeni enerji şokunun astanasında dayanıb. 

Bir qığılcım kifayətdir
Ən qorxulu ssenari odur ki, artıq böhran siyasətçilərin bəyanatlarından çox, sahədəki saniyəlik səhvlərdən asılıdır. Bir PUA-nın yanlış koordinatı, bir freqatın radar səhvi, yaxud kimliyi bilinməyən üçüncü tərəfin təxribatı yetərlidir ki, Hörmüzdəki qığılcım saniyələr içində bölgəni alova bürüsün.
SEPAH “bütün hərəkətlərin nəzarətdə olduğu” barədə sərt mesajları da göstərir ki, tərəflər psixoloji savaşın ən kritik mərhələsinə daxil olub. 

Burada məsələ artıq təkcə ABŞ və İranın qarşıdurması deyil. Bu, qlobal təhlükəsizlik sisteminin sinir uclarına toxunan bir böhrandır. Nəticədə Yaxın Şərqdən çıxan dalğa bütün dünyanı vuracaq. Əgər tərəflər geri addım atmasa, böhranın coğrafiyası çox sürətlə genişlənəcək.
Bu prosesdən kənarda qalmaq artıq heç bir böyük güc üçün mümkün deyil.

ABŞ – dəniz nəzarəti və hərbi eskalasiya 
İsrail – regional təhlükəsizlik koordinasiyası 
İran – boğazın coğrafi dominantı 
Türkiyə – enerji marşrutlarının alternativ qapısı 
Çin – enerji təhlükəsizliyi və ticarət axınları 
Rusiya – enerji bazarında geosiyasi divident 
Avropa – inflyasiya və sənaye təzyiqi 
Yaponiya, Cənubi Koreya – Körfəz enerjisindən həyati asılılıq 

Artıq Brüssel də narahatdır. Avropa Komissiyası Hörmüzdə gəmi hərəkətinin bərpasını “strateji prioritet” elan edib. 
Bu isə o deməkdir ki, böhran lokal qalmaq mərhələsini keçib. Sonda bunun bədəlini dünya ödəməli olacaq və prosein ən ağır tərəfi də budur.
Vaşinqton və Tehran arasında kompromis əldə olunmasa, bunun bədəlini ilk növbədə neft idxal edən ölkələr, daha sonra isə bütün dünya istehlakçısı ödəyəcək. 
Yanacaq bahalaşacaq.
Daşınma xərcləri artacaq.
Ərzaq qiymətləri qalxacaq.

Yeni inflyasiya dalğası qlobal iqtisadiyyatı yenidən silkələyəcək.
Yəni Hörmüzdəki böhran sabah dünyanın hər yerində insanların gündəlik həyatına toxunacaq.
Bir boğazın sıxılması bütöv dünyanın nəfəsini daraldacaq.
Yekun olaraq deyə bilərik ki, dünya artıq təhlükəli dönüş nöqtəsindədir. Hörmüz bu gün geosiyasi satrancın ən partlayıcı nöqtəsidir. Burada baş verəcək ən kiçik məsuliyyətsizlik təkcə enerji böhranı yaratmayacaq, həm də yeni hərbi blokların, yeni siyasi qütbləşmənin və qlobal güc savaşının əsasını qoya bilər.

Dünya çox təhlükəli bir mərhələyə daxil olur.
Bu dəfə alov yalnız Yaxın Şərqi yandırmayacaq, tüstü bütün dünyanı bürüyəcək. Bu da Üçüncü Dünya Müharibəsinin kulminasiya  nöqtəsinə çatması  və yeni dünya düzəninin formalaşmasındakı aydın konturlarının müəyyənləşməsi mərhələsinə keçid olacaq.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Aprel 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri