Icma.az
close
up
RU
“Hörmüzün açılması mümkün deyil” İran

“Hörmüzün açılması mümkün deyil” İran

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İran rəsmiləri ABŞ və İsrailin atəşkəs razılaşmalarını pozduğunu əsas gətirərək, Hörmüz boğazının nəqliyyat üçün açılmasının hazırda mümkün olmadığını bəyan ediblər.

“Qafqazinfo”nun xəbərinə görə, İran parlamentinin rəhbəri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadası qlobal iqtisadiyyatı girov saxlamaq anlamına gəlir.

Onun sözlərinə görə, mövcud şəraitdə strateji boğazın təhlükəsiz fəaliyyəti təmin oluna bilməz.

İran Prezidenti Məsud Pezeşkian isə ölkəsinin danışıqlara açıq olduğunu vurğulayıb. O qeyd edib ki, öhdəliklərin pozulması, blokadalar və təhdidlər real diplomatik prosesin qarşısında əsas maneələrdir. Pakistanda keçirilməsi planlaşdırılan yeni sülh danışıqlarının isə hələ başlamadığı bildirilir.

Bölgədə gərginlik İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazında iki yük gəmisini saxlamasından sonra daha da artıb. İran tərəfi “MSC Francesca” və “Epaminondas” adlı gəmilərin yoxlama məqsədilə dayandırıldığını açıqlayıb. Bildirilib ki, bu gəmilər icazəsiz əməliyyatlar aparıb və naviqasiya sistemlərinə müdaxilə edərək, boğazdan gizli şəkildə keçməyə cəhd göstərib.

Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis “Epaminondas” gəmisinə qarşı müdaxiləni təsdiqləsə də, gəminin tam ələ keçirilib-keçirilmədiyi ilə bağlı dəqiq məlumat verməyib.

Digər tərəfdən, bölgədə üç gəminin atəşə tutulduğu da bildirilir ki, bu da onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp isə ABŞ-İran arasında qüvvədə olan atəşkəsin müddətinin qeyri-müəyyən vaxta qədər uzadıldığını açıqlayıb. Ağ Evin sözçüsü Kerolayn Levitt bu qərarın yeni son tarix müəyyən edilmədən qüvvədə qalacağını bildirib. Onun sözlərinə görə, Vaşinqton İranın gəmiləri ələ keçirməsini atəşkəsin pozulması kimi qiymətləndirmir, çünki həmin gəmilər ABŞ və ya İsrailə məxsus olmayıb.

Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin katibi Con Felanın istefa verdiyini açıqlayıb. Onun yerinə müvəqqəti olaraq katib müavini Hunq Kao vəzifəni icra edəcək.

Bildirilir ki, Vaşinqton atəşkəs müddətini uzatmaqla İrana qarşı iqtisadi təzyiqləri artırmağa çalışır. Artan gərginlik fonunda qlobal enerji bazarlarında narahatlıq davam edir və bəzi regionlarda yanacaq qiymətlərində artım müşahidə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2026 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri