Icma.az
close
up
RU
Hotellərin fantastik Novruz qiymətləri SİYAHI

Hotellərin fantastik Novruz qiymətləri SİYAHI

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Novruz insanları bir araya gətirən və xoş anlarla yadda qalan xüsusi bayramdır. Bu günlərdə kimisi ailəsi ilə evdə bayram süfrəsi açır, kimisi isə fərqli şəhərlərdə və ya təbiət qoynunda qeyd etməyi üstün tutur. Yəni bu günlər həm də səyahət mövsümünün ən qaynar dövrlərindən biridir. Bayramla əlaqədar qeyri-iş günlərində hotellərin qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, bayramın əsas günlərində (20-21 mart) hotellərdə istirahət etmək digər tətil günləri ilə müqayisədə daha baha başa gəlir.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Qubanın Xınalıq və Afurca şəlaləsi kimi tanınan bölgələri bu ərəfədə istirahət üçün daha məşhur olduğundan ərazidə hotellərin qiymətləri adi günlərdən kəskin fərqlənir. Məsələn, “Quba Palace Hotel”də bayramın əsas günlərində 1 günlük gecələmənin qiyməti 375-710 manat arasında dəyişir. Otelin villalarında gecələmək üçün 1400-1600 manat ödəniş tələb olunur. Bayram tətilinin digər günlərində isə otaqların qiymətləri 235-430 manat arasında, villaların qiymətləri isə 1200-1400 manat arasında dəyişir.

Qəbələ də tarixi abidələri və müxtəlif istirahət imkanları ilə Novruzda ən çox üz tutulan bölgədir, rayonda yerləşən “Qafqaz Tufandag Mountain Resort Hotel”də bayramın əsas günlərində istirahət etmək istəyənlər otaqları 1 gecəlik 309-542 manata kirayələməli olacaqlar. Kotteclər üçün isə 1092-1502 manat arası ödəniş edilməlidir. Burada suit otağın qiyməti 2402 manatdır. Bayram tətilinin digər günlərində hoteldə gecələmə 279-477 manat arasında, kotteclərdə 992-1352 manat təşkil edir. Adi tətil günlərində suit otağının qiyməti 2102 manatdır.

Şəkidə yerləşən “Sheki Palace Hotel”də 20-21 mart tarixlərində gecələmək üçün 170-210 arası qiymətlər müəyyən olunub. Bayramın digər günlərində hotelin suit otaqlarının qiyməti 243 manatdır.

Qaxda yerləşən “El Resort Hotel”də otaqların qiyməti 2 nəfərin gecələməsi üçün 135-165 manat arasında dəyişir. Suit otaqların qiymətləri 195-480 manat arasında tənzimlənir.

Novruz bayramını Şamaxıda keçirmək istəyənləri də surpriz qiymətlər gözləyir. “Shamakhi Palace Sharadil” hotelində 1 gecə üçün 320 manatdan 1005 manatadək ödəniş tələb olunur. Hotelin prezident suit otağında isə gecələmək günə 1530 manata başa gəlir. Maraqlısı budur ki, hoteldə bayram tətilinin digər günlərində endirimlər olsa da, 20-21 mart üçün endirim nəzərdə tutulmayıb. Digər tətil günlərində burada gecələmək 221-837 manat arasında dəyişir. Hotelin prezident suit otağının qiyməti 1284 manatdır.

Təbiəti sevənlərin seçdiyi bölgələrdən biri olan Lənkərana gəlincə, “Lankaran Springs Wellness Resort”da Novruz bayramının əsas günlərində 1 nəfərlik otaq 260-370 manat arasında dəyişir. Bayram tətilinin digər günlərində qiymətlər 260-410 manat arasında dəyişsə də, şənbə-bazar günlərində 400-680 manata qədər qalxır.

Basqalda yerləşən “Basqal Resort & Spa” kompleksində 2 nəfərlik gecələmənin qiyməti 360-380 manat, suit otaqların qiyməti 430-780 manat, villaların 970 manatdır. Digər tətil günlərində isə bu qiymətlər otaqlar üçün 310-330 manata, suit otaqları üçün 380-660 manata, villa üçün isə 880 manata təklif edilir.

Göründüyü kimi, xidmət sektoru bayrama "ciddi" hazırlaşıb - fantastik qiymətlərlə.

Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli mehmanxana xidmətlərinin qiymətləri yanvar ayına nisbətən 0,2%, əvvəlki ilin eyni dövrünə nisbətən isə 2,9 faiz artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri