HTŞ lideri Hakan Fidanla görüşdə: Türkiyə hər zaman Suriyanın yanında olub, bunu unutmayacağıq
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Türkiyə hər zaman Suriyanın yanında olub, bunu unutmayacağıq”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Suriyadakı yeni administrasiyanın rəhbəri Türkiyə XİN başçısı Hakan Fidanla keçirdiyi mətbuat konfransında deyib.
Əhməd əl-Şara Hakan Fidanı Suriyada qarşılamalarından çox şad olduğunu deyib: "Xarici işlər naziri Hakan Fidanla Suriyanın gələcəyini müzakirə etdik. Nazirlə Suriyanın gələcəyi ilə bağlı ətraflı danışdıq".
HTŞ lideri deyib ki, Hakan Fidanla birlikdə Sriyadakı silahlı qrupların bir bayraq altında birləşdirilməsi məsələsini də müzakirə ediblər: "HTŞ daxil bütün qruplar silahlarını Suriya Müdafiə Nazirliyinə təhvil verəcək. Demək olar ki, əksər silahlı qruplar artıq buna razılıq veriblər. İnanıram ki, biz bu prosesi tezliklə başa çatdıracağıq. Ölkəmizdə başqa heç bir silahlı qrup görmək istəmirik. Dövlətdən başqa heç bir qrupun əlində silah olmamalıdır Bu, YPG/PKK-ya da aiddir".
Şaranın sözlərinə görə, dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır: "Bizim bundan sonra da strateji əlaqələrimiz daha güclənəcək".
HTŞ lideri daha sonra Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvindən söz açıb və "bu, sanksiaylar aradan qaldırılmalıdır", - deyib.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 23 Dekabr 2024 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















