“Hücumlara hazır olun, ehtiyat toplayın”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Qüdsdəki səfirliyi Yaxın Şərqdə təhlükəsizlik risklərinin artması və münaqişələrin sürətlə şiddətlənməsi ehtimalı ilə bağlı bölgədəki Amerika vətəndaşlarına xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, bəyanatda İranın və onu dəstəkləyən qrupların xaricdəki ABŞ maraqlarını və Amerika ilə əlaqəli obyektləri hədəfə ala biləcəyi bildirilib.
Vətəndaşlar mümkün hava hücumlarına, təhlükəsizlik risklərinə və səyahətlərdə yarana biləcək fasilələrə hazır olmağa çağırılıblar.
Səfirlik Amerika vətəndaşlarına ABŞ ilə açıq əlaqəsi olan məkanlarda daha diqqətli olmağı, nümayişlərdən, izdihamdan və təhlükəsizlik nəzarətinin gücləndirildiyi ərazilərdən uzaq durmağı tövsiyə edib.
Bundan əlavə, vətəndaşlardan yaxınlıqdakı sığınacaqların və təhlükəsiz ərazilərin yerini əvvəlcədən öyrənmək, qida, su və dərman kimi zəruri ehtiyatları təmin etmək istənilib.
Bəyanatda regiondakı gərginlik səbəbindən səyahət planlarında dəyişikliklərin baş verə biləcəyi də vurğulanıb. Vətəndaşlara uçuşların vaxtını və mümkün dəyişiklikləri birbaşa aviaşirkətlərlə dəqiqləşdirmək, yerli medianı izləmək və hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 Oktyabr 2026 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















