Icma.az
close
up
RU
Humanitar Kollecdə təntənəli hesabat konserti keçirildi FOTOLAR

Humanitar Kollecdə təntənəli hesabat konserti keçirildi FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Humanitar Kollecin 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş “Səhnədə işıqlar yananda” adlı təntənəli hesabat konserti baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, MÜTDA nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyətinin təmsilçiləri, digər kolleclərin direktorları və əməkdaşları iştirak ediblər. 

Konsertin media tərəfdaşları qismində isə “Editor.az” və “Azxeber.com” portallarının baş redaktorları qonaq olublar.

Konsertin rəsmi hissəsində çıxış edən Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, kollecin uğurları və ona göstərilən diqqət və qayğıdan söz açıb. 

O, tədbirin həm də 28 May – Müstəqillik Günü və müqəddəs Qurban bayramı ərəfəsinə təsadüf etməsinin xüsusi məna daşıdığını vurğulayıb. Direktor, yaxın zamanda 90 illik yubileyini qeyd etməyə hazırlaşan Humanitar Kollecin zəngin ənənələrinin uğurla davam etdirildiyini bildirib.

Rəsmi hissənin ardından Humanitar Kollecin müəllimi, bədii rəhbər Ədalət Behbudovun idarə etdiyi ansamblın müşayiəti ilə rəngarəng konsert proqramı təqdim olunub. Səhnədə milli musiqi nümunələri ilə yanaşı dünya klassikləri və müasir kompozisiyalar səsləndirilib. 

“Rəng”, “Bulaq suyu, dağ havası”, “Tez gəl”, “Hit the Road Jack”, “Yadıma düşdü”, “Quizás”, “Bayatı-Şiraz kompozisiyası”, “Zəngəzur” və “Səhnədə işıqlar yananda” kimi müxtəlif janrlı bədii nömrələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsert proqramı “Mehriban insanlar” mahnısı və bütün tələbələrin birgə ifasında səslənən möhtəşəm “Ey Azərbaycanım” final nömrəsi ilə yekunlaşıb.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri