Icma.az
close
up
RU
Hüquqi dövlətin zəfər salnaməsi...

Hüquqi dövlətin zəfər salnaməsi...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

30 yaşlı Konstitusiyamız və suveren Azərbaycanın inkişaf prioritetləri

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünün inkişaf strategiyasını ən vacib parametrlər üzərində formalaşdırır. Vətən müharibəsindəki qələbə, antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpa olunması müasir Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırır. Atdığı addımlarda, apardığı uğurlu siyasətdə hər zaman beynəlxalq hüquqa və ədalətə, konstitusiyaya, bir sözlə ali hüquqa və qanuna əsaslanan dövlətimiz dünyaya bir nümunə təqdim edir - gənc yaşında mühüm nailiyyətlərə imza atan, qlobal dünyada nüfuz qazanan, beynəlxalq aləmə multikultural dəyərlər sistemi təqdim edən, tolerant həyat tərzi ilə şöhrət tapan Azərbaycan təqdim etdiyi yeni siyasi-ictimai modellə yerləşdiyi bölgənin, mühüm bir coğrafiyanın yaşam standartlarını da müasir çağırışlara uyğunlaşdırır. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla və ardıcıl şəkildə davam edir - Hüquqi islahatlar dövrün tələblərinə uyğun formalaşdırılır, vətəndaşların hüquq və azadlıqlarının təminatı mexanizmləri daha da təkmilləşdirilir. Bu gün Azərbaycan regionun ən sivil, hüquq üstünlüyünə əsaslanan dövlətlərindən biri kimi tanınır və bu, beynəlxalq səviyyədə də etiraf olunur.

Konstitusiyanın qəbulunun 30 illiyi ərəfəsində...

Bu nailiyyətlərin əsasında isə xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dayanır. Bu sənəd təkcə hüquqi sistemin deyil, bütövlükdə müasir Azərbaycan dövlətçiliyinin bünövrəsini təşkil edir. Ulu öndərin “Konstitusiya müstəqilliyimizin hüquqi təminatıdır” fikri bu sənədin mahiyyətini və tarixi rolunu ən dəqiq şəkildə ifadə edir. Qəbulunun 30 illiyi ərəfəsində Azərbaycan Konstitusiyası bir daha daim inkişaf edən, yeniləşən və dövrün çağırışlarına cavab verən canlı hüquqi sistemin əsası olduğunu ortaya qoyur. Ölkəmizdə hüquqi dövlət quruculuğuna sadiqlik isə bütün parametrlər üzrə ortadadır - Prezident İlham Əliyevin ötən ilin sonunda imzaladığı müvafiq Sərəncam ilə yaşadığımız 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. 

Yeri gəlmişkən, Milli Məclisdə oktyabrın 29-da Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək. Konfrans “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub. Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar. Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətlərinin, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı gözlənilir.

Azərbaycanın əsas qanunlar toplusu...

Son aylarını yaşadığımız 2025-ci il müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ilidir. Qeyd edək ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi hələ SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. SSRİ dövrünün son Konstitusiyası isə 1978-ci ilin aprelin 21-də qəbul edilmiş qanunvericilik toplusudur.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin yarıtmaz fəaliyyəti ölkədə Konstitusiya qəbulunu mümkünsüz etdi. Həmin illərdə dövlətin daxilindəki anarxiya, özbaşınalıq, dövlət idarəçiliyi mexanizmlərinin formalaşdırılmaması vətəndaşların azad, hüquqi təminatını da təhlükə qarşısında qoyurdu. 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazıldı. 5 bölmə, 12 fəsil, 158 maddədən və 12 keçid müddəadan ibarət Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi (Konstitusiyanın 48 maddəsi, yəni üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdir) ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Azərbaycan Respublikasının Konstitusiyasında BMT-nin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub. Konstitusiya bu deklorativ norma ilə kifayətlənməyərək, insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoyur.

İnsan hüquq və azadlıqlarının təminatında mühüm sənəd

Konstitusiya, hüquq nəzəriyyəsində qəbul olunduğu kimi, “dövlətin əsas qanunu” olmaqla yanaşı, həm də siyasi sistemin ideoloji və mənəvi bünövrəsidir. Bu sənəd müstəqil Azərbaycan dövlətinin strukturunu, idarəçilik formalarını, hakimiyyət qollarının qarşılıqlı münasibətlərini, eləcə də vətəndaş cəmiyyətinin hüquqi əsaslarını müəyyənləşdirir. Azərbaycan Konstitusiyasının əsas fərqləndirici xüsusiyyətlərindən biri onun insan hüquq və azadlıqlarının ali dəyər kimi tanınmasıdır. Konstitusiyanın II bölməsi tam şəkildə “İnsan və vətəndaşın əsas hüquq və azadlıqları”na həsr olunmuşdur və burada hər bir vətəndaşın təbii, ayrılmaz hüquqları beynəlxalq standartlara uyğun təsbit edilib.

Burada insan ləyaqətinin qorunması (maddə 24), qanun qarşısında bərabərlik (maddə 25), yaşamaq hüququ (maddə 27), şəxsi toxunulmazlıq (maddə 28), fikir və söz azadlığı (maddə 47), din və vicdan azadlığı (maddə 48), mülkiyyət hüququ (maddə 29) kimi fundamental dəyərlər geniş əhatə olunub.

Konstitusiya eyni zamanda hüquqların təminatı üçün zəruri institusional mexanizmlər yaradıb. Məsələn, 2002-ci ildə qəbul edilən dəyişikliklə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu təsis edilib, vətəndaşların hüquqi müdafiəsi üçün yeni mərhələ başlanılıb.

Bundan başqa, Konstitusiya dövlət hakimiyyətinin mənbəyinin xalq olduğunu təsbit etməklə demokratiyanın hüquqi əsaslarını müəyyən edir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.” (Maddə 2)

Bu prinsip ölkədə demokratik legitimliyin əsasıdır və bu gün də dövlət idarəçiliyinin bütün sahələrində rəhbər prinsip kimi qalmaqdadır.

Konstitusiya islahatları - dövrün çağırışlarına uyğun inkişaf

Azərbaycan Konstitusiyası qəbul edildiyi gündən etibarən zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ötən 30 ildə ölkədə keçirilən referendumlar hüquqi sistemin dinamikliyini, dövlətin islahatlara açıq olmasını nümayiş etdirib.

Əsas dəyişikliklərə gəldikdə isə, 2002-ci, 2009-cu, 2016-cı ildə keçirilən referendumlar əsas qanunlar toplusunun daha təkmil olmasına xidmət göstərib. Bu dəyişikliklər Azərbaycanın Konstitusiyasını müasir dövrün tələblərinə uyğunlaşdırıb və onu inkişaf edən, çevik hüquqi sənəd səviyyəsinə yüksəldib. Hər bir referendum əslində dövlətin inkişaf mərhələlərinin hüquqi ifadəsi kimi çıxış edib. Ulu öndər Heydər Əliyevin yaratdığı təməl prinsipləri Prezident İlham Əliyev dövründə daha da dərinləşdirilərək müasir idarəçilik modelinə çevrilib.

Konstitusiya və Suverenlik ili: hüquqi dövlətçilik yolunda mühüm bir mərhələ

Vurğulandığı kimi, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsi Azərbaycan dövlətçiliyi üçün mühüm rəmzi və siyasi mənaya malikdir. Bu qərar, həm 1995-ci ildə qəbul olunmuş əsas qanunumuzun 30 illiyi, həm də dövlət müstəqilliyimizin bərpasının 35 illiyi ilə eyni vaxta təsadüf etməklə, milli hüquq sisteminin və suveren dövlət ideyasının vəhdətini təcəssüm etdirir.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi göstərilir. 30 ildən artıq davam etmiş erməni işğalı suveren hüquqlarımızın ölkəmizin bütün ərazilərində tətbiqini mümkünsüz etmişdi. Torpaqlarımızın 20 faizə yaxınını 30 il ərzində işğal altında saxlayan Ermənistan beynəlxalq züququ pozmuşdu. Ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisəsinə çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki Zəfər, eləcə də 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələndi. Bu isə həm də o demək idi ki, artıq Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar olub.

Konstitusiya - hüquqi dövlət anlayışının məhək daşı

Azərbaycan Respublikasının Konstitusiyası bu gün hüquqi dövlət konsepsiyasının mərkəzində dayanır. Onun mahiyyətində qanunun aliliyi, hakimiyyət bölgüsü, vətəndaş cəmiyyətinin inkişafı və dövlət orqanlarının məsuliyyətliliyi prinsipləri dayanır. Konstitusiyanın 7-ci maddəsində göstərilir ki, “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır.” Bu norma ölkədə hüquqi dövlət quruculuğunun əsas ideoloji dayağıdır. Hüquqi dövlətin təməl prinsiplərindən biri - hakimiyyət bölgüsü prinsipi Konstitusiyada aydın şəkildə təsbit olunub: qanunverici, icraedici və məhkəmə hakimiyyəti qolları bir-birindən ayrıdır və qarşılıqlı balans sistemi əsasında fəaliyyət göstərir.

Konstitusiyanın daha bir əhəmiyyətli xüsusiyyəti odur ki, o, Azərbaycan xalqının tarixi iradəsini və milli dəyərlərini özündə ehtiva edir. Dövlət dili Azərbaycan dili kimi, dövlət rəmzləri - bayraq, himn, gerb isə milli kimliyimizin təcəssümü kimi təsbit olunub. Hazırda Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də dövlətin ideoloji sütunu, milli həmrəyliyin təminat sənədi kimi çıxış edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Konstitusiyanın ruhuna tam uyğun şəkildə aparılır. Məhz bu səbəbdən Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sabitlik, inkişaf və ədalət prinsipləri üzərində qurulub.

Konstitusiyamız həm milli dövlətçilik ənənələrinə, həm də beynəlxalq hüquq prinsiplərinə söykənərək Azərbaycanı regionun ən sabit, hüquqa əsaslanan və inkişaf edən ölkələrindən birinə çevirib. Bu nöqteyi-nəzərdən Konstitusiyanın 30 illiyi həm hüquqi düşüncənin, həm milli müstəqilliyin, həm də xalqın iradəsinin bayramıdır. Bu sənədin ruhu ilə yaşayan Azərbaycan dövləti bu gün də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə inamla irəliləyir - daha güclü, ədalətli və hüquqa söykənən gələcək naminə.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri