Icma.az
close
up
RU
Hüquqları pozulan istehlakçılar şikayətlərini hansı quruma etməlidir?

Hüquqları pozulan istehlakçılar şikayətlərini hansı quruma etməlidir?

Icma.az, Olke.az saytına istinadən bildirir.

Biz gündəlik həyatımızda hər gün müxtəlif məhsul və xidmətlərlə qarşılaşırıq.

Lakin istfadə etdiyimiz məhsul və keyfiyyətlərlə bağlı nəticələr hər zaman uğurlu olmur. Alış-veriş zamanı keyfiyyətsiz məhsul, düzgün göstərilməmiş qiymət, zəif xidmət və digər oxşar hallarla qarşılaşdıqda istehlakçı hüquqlarımız pozulmuş olur. Belə hallarda vətəndaşlar hüquqlarını qorumaq və məsələni hüquqi yolla həll etmək üçün aidiyyəti dövlət qurumlarına şikayət edə bilərlər.

Ancaq şikayət və narazılığımızla bağlı hansı quruma müraciət edəcəyimizi tam dəqiqləşdirə bilmirik.

Ölkə.az Valyuta.az-a istinadən istehlakçılara dəstək məqsədi ilə həmin qurumların siyahını təqdim edir:

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

İstehlakçı hüquqlarının qorunması üzrə əsas dövlət qurumlarından biri olan bu agentlik, bazarda haqsız rəqabət, keyfiyyətsiz məhsul təqdimatı, satış sonrası xidmətin olmaması kimi hallara nəzarət edir. İstənilən vətəndaş bu quruma yazılı və ya elektron şəkildə müraciət edərək, problemi qeyd edə və araşdırma tələb edə bilər.

İqtisadiyyat Nazirliyi

İqtisadiyyat Nazirliyi xüsusilə ticarət və xidmət sahəsindəki pozuntulara qarşı ümumi nəzarəti həyata keçirir. Antiinhisar Agentliyi bu nazirliyin tabeliyində fəaliyyət göstərdiyindən şikayətlər eyni platforma üzərindən yönləndirilə bilər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Xidməti 

Əgər problem məhsulun etiketlənməsi, ölçü vahidləri, texniki təhlükəsizlik və ya standartlara uyğunluqla bağlıdırsa, istehlakçı bu quruma müraciət edə bilər. Məsələn, çəkidə aldatma və ya məhsulun tərkibinin düzgün qeyd edilməməsi halları bu xidmətin səlahiyyətinə daxildir.

Ədliyyə Nazirliyi və məhkəmələr

Satıcı ilə istehlakçı arasında yaranmış mübahisələr hüquqi xarakter daşıyırsa, bu zaman məsələ məhkəmə müstəvisində həll edilə bilər. Ədliyyə Nazirliyinin Notariat və Hüquqi Yardım İdarəsi ilkin hüquqi məsləhət verə bilər, lakin əsas qərar instansiyası məhkəmələrdir. Burada həm maddi, həm də mənəvi zərərin ödənilməsi iddia edilə bilər.

Elektron Hökumət Portalı və “myGov”

Texnologiyanın inkişafı və rəqəmsal xidmətlərin genişlənməsi nəticəsində istehlakçılar artıq şikayətlərini onlayn formada da təqdim edə bilirlər. "www.e-gov.az" və "my.gov.az" portalları vasitəsilə bir çox dövlət xidmətinə çıxış mümkündür və şikayət formaları da daxil edilib.

İstehlakçı hüquqlarının müdafiəsi üzrə ictimai birliklər

Qeyri-hökumət təşkilatları və ictimai birliklər də istehlakçıların hüquqlarının qorunmasında mühüm rol oynayır. Onlar həm hüquqi məsləhət verir, həm də vətəndaşın şikayətini aidiyyəti qurumlara yönləndirməyə kömək edə bilirlər.

Qeyd edək ki, istehlakçı hüququ pozulan şəxslər həmişə mövcud qanunvericilikdən istifadə edərək, hüquqlarını tələb etməlidir. Çünki hüququnuzu bilmək və tələb etmək, həm vətəndaşlıq, həm də istehlakçı mədəniyyətinin göstəricisi hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyul 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri