Icma.az
close
up
RU
Hüquqlarımızı müdafiə edənlər...

Hüquqlarımızı müdafiə edənlər...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda Vəkillərin peşə bayramıdır

İnsan hüquqlarının qorunması demokratik inkişafın başlıca meyarlarından biri sayılır. Qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərən peşə sahiblərindən biri də məhz vəkillərdir. Hüquq təkcə sadə vətəndaşlar üçün deyil, həm də qurumlar, dövlətlər üçündür.

Hər bir peşənin özünə görə əhəmiyyəti, müəyyən çətinliyi var. Lakin bütün peşələrin üzləşəcəyi hər hansısa qanunsuzluqda ədaləti təmin edə biləcək sahə məhz vəkillikdir. Bu şərəfli peşənin sahibləri öz işlərinə bağlı, dürüst və qanunun aliliyinə sadiq olmalıdırlar. Vəkil olmaq nə qədər çətin olsa da, bir o qədər qürurvericidir. Haqqı tapdalanan insanlar üçün ədaləti bərpa etmək məsuliyyətli və şərəflidir...

5 il öncə...

Yeri gəlmişkən, bu gün ölkəmizdə “Vəkillər günü”dür. Ölkəmizdə bu günün təsis edilməsi məsələsinə toxunmazdan əvvəl ötən tarixə qısa nəzər salaq. Şərqdə qadınlara seçki hüququ vermiş ilk ölkə olan Azərbaycanda 20-ci əsrdə ciddi problemlərlə üzləşmiş hüquq müdafiəçiləri 70 il ərzində sovetlər tərəfindən sərt nəzarət altına alınmış və yalnız 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra  onlara sərbəstlik verilmişdi.

Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat olmuşdu. Həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdi. Müstəqilliyin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə keçirilmiş təsis yığıncağı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilib.

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamının preambulasında da qeyd edildiyi kimi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var.

Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında sərəncamına əsasən isə hər il dekabrın 28-i ölkəmizdə “Vəkillər günü” kimi qeyd olunur. Şübhəsiz ki, bu, vəkillik institutuna dövlət başçısı tərəfindən verilən yüksək dəyərin bariz nümunəsidir. Qərar qəbul edildiyi gündən bu yana hər il haqq və hüquqlarımızın mühafizəçilərinin peşə bayramı xüsusi təntənə ilə qeyd edilir.

Azərbaycan post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir. Ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul edilib. Heç bir dövlət qurumunun vəkillik fəaliyyətinin işinə müdaxilə edə bilmədiyi, qanunla da bu məsələnin həllini tapdığı, o cümlədən hazırda vəkillik fəaliyyətinin yeni dövrünü yaşayaraq inkişaf etdiyinin şahidi oluruq.

Vəkillərin daxil olduğu təşkilat...

Qeyd edək ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır.  Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

Bütün vəkilləri peşə bayramı münasibətilə təbrik edir, ölkəmizdə hüquq və azadlıqların müdafiəsi kimi şərəfli fəaliyyətlərində uğurlar arzu edirik!

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Dekabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri