“Hüquqlarımızı bilək, ayrı seçkiliyə məruz qalmayaq!” adlı maarifləndirici vəsait hazırlanıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində ayrı-seçkiliyin qarşısının alınması və bərabərlik hüququnun təmini sahəsində məlumatlılığın artırılması məqsədilə “Hüquqlarımızı bilək, ayrı-seçkiliyə məruz qalmayaq!” adlı maarifləndirici vəsait hazırlanıb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və ingilis dillərində hazırlanmış vəsaitdə bərabərlik hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın mandatı, müvafiq sahə üzrə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa olunmuş dəyişikliklər, habelə beynəlxalq və milli qanunvericilik aktlarında bərabərlik və ayrı-seçkiliyə məruz qalmama hüquqları barədə məlumatlar öz əksini tapıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 16 İyun 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















