Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Sosial mediada hüquqlarımızı necə qoruyaq?

Sosial mediada hüquqlarımızı necə qoruyaq?

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələrdə insanların şəxsi məlumatlarının qorunması və onlara qarşı hörmətin təmin edilməsi olduqca vacibdir. Lakin bəzi insanlar başqalarının fotolarını, videolarını və şəxsi məlumatlarını icazəsiz şəkildə əldə edərək həmin şəxslərin adına "fake" səhifələr açırlar.

Ankara Universitetinin doktorantı, Bakı Dövlət Universitetinin müəllimi, sosial media mütəxəssisi Qoşqar Bəylərov Metbuat.az-a açıqlamasında bildirib ki, bu cür davranış etik və hüquqi baxımdan tamamilə qəbuledilməzdir:

“Şəxsin icazəsi olmadan onun fotolarını, videolarını və şəxsi məlumatlarını götürüb saxta profil yaratmaq hüquq pozuntusudur. Hər bir insanın şəxsi məlumatlarının qorunmasına haqqı var və onun razılığı olmadan bu məlumatların istifadəsi etik normalara ziddir. Bu cür hərəkətlər kiberbullinq kateqoriyasına düşür. Saxta profillərdən istifadə edərək başqalarına zərər vermək, dezinformasiya yaymaq və ya etibarını sarsıtmaq ciddi bir etik problemdir. Belə hallarda qurban olan şəxs həm sosial, həm də psixoloji baxımdan zərər görə bilər.

Eyni zamanda bu cür hərəkətlər hüquqi məsuliyyət yaradır. Bir çox ölkədə saxta profillərin yaradılması və başqasının şəxsi məlumatlarından icazəsiz istifadə edilməsi qanunla cəzalandırılır. Azərbaycanda da internet üzərindən dələduzluq, saxta profil yaratmaq və şəxsi məlumatları yaymaq hüquqi məsuliyyət doğura bilər. “Facebook”, “Instagram”, “TikTok” kimi platformalar da bu tip qaydaları pozan hesabları bloklayır və lazımi hallarda hüquq-mühafizə orqanlarına məlumat verir”.

Q.Bəylərov istifadəçilərin bu cür problemlərlə qarşılaşmaması üçün təhlükəsizliyin qorunmasından da danışıb:

“İstifadəçilər sosial media hesablarının təhlükəsizliyini təmin etmək üçün bir neçə vacib addım ata bilərlər. Birinci olaraq, məxfilik ayarlarını tənzimləmək lazımdır. İstifadəçilər profilinin tamamilə açıq olmadığından əmin olmalı və fotolarını, şəxsi məlumatlarını yalnız dostları ilə paylaşmaq üçün məxfilik ayarlarını dəyişdirməlidirlər.

İkinci vacib amil güclü şifrələrdən istifadə etməkdir. Hesablarınızı qorumaq üçün müxtəlif simvollardan, böyük və kiçik hərflərdən ibarət kompleks parollardan istifadə edin. Eyni şifrəni bir neçə platformada işlətməməyə çalışın, çünki bir hesabınız sızdırıldıqda digər hesablarınız da risk altında qala bilər.

Üçüncüsü, iki faktorlu identifikasiya (2FA) sistemindən istifadə etməkdir. Sosial şəbəkələrin əksəriyyəti əlavə təhlükəsizlik üçün bu funksiyanı təklif edir. 2FA aktiv olduqda hesabınıza giriş etmək üçün təkcə şifrə deyil, əlavə təhlükəsizlik kodu da tələb olunur ki, bu da icazəsiz girişin qarşısını alır.

Bütün bunlardan əlavə, şəxsi məlumatları paylaşmaqdan çəkinmək lazımdır. Telefon nömrənizi, e-mail ünvanınızı və digər şəxsi məlumatlarınızı açıq şəkildə paylaşmaq məsləhət görülmür. Çünki bu cür məlumatlar kibercinayətkarlar tərəfindən sui-istifadə oluna bilər. Şübhəli fəaliyyətləri dərhal bildirmək vacibdir. Əgər kiminsə sizin adınızdan saxta profil yaratdığını aşkar etsəniz, dərhal platformaya şikayət edin və hüquq-mühafizə orqanlarına məlumat verin. Çünki bu cür halların vaxtında qarşısı alınmazsa, daha ciddi problemlərə səbəb ola bilər. Bu tədbirlər sosial mediada daha təhlükəsiz və məxfiliyinizin qorunduğu bir mühit yaratmağa kömək edəcək”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda sosial şəbəkələrdə saxta profil yaratmaq, şəxsi məlumatların icazəsiz istifadəsi və kibercinayətkarlıqla bağlı bir neçə qanun və normativ akt mövcuddur:

“Birincisi, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən, şəxsi həyatın toxunulmazlığı qorunur. Heç kimin şəxsi həyatı, yazışmaları, telefon danışıqları və digər şəxsi məlumatları icazəsiz açıqlana bilməz. İkincisi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi bu məsələləri daha ətraflı şəkildə tənzimləyir. Məcəllənin 156-cı maddəsinə görə, başqasının şəxsi və ailə həyatına qanunsuz müdaxilə, şəxsi məlumatlarının icazəsiz yayılması cinayət hesab edilir və cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. 271-ci maddə isə kompüter məlumatlarının qanunsuz əldə edilməsi və istifadəsini qadağan edir. Hər hansı şəxsi və ya kommersiya məqsədli məlumatların qanunsuz əldə edilməsi, dəyişdirilməsi və ya yayılması cinayət məsuliyyəti yaradır.

Üçüncüsü, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun da bu cür hallarla mübarizədə vacib rol oynayır. Bu qanunun 7-ci maddəsinə əsasən, fərdi məlumatlar yalnız şəxsin razılığı ilə toplanmalı və yayılmamalıdır. 13-cü maddədə isə informasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır və istifadəçilər öz məlumatlarının qorunması üçün lazımi tədbirlər görməlidirlər. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi də bu münasibətləri tənzimləyir. Bundan başqa, elektron təhlükəsizlik və kibercinayətkarlıqla bağlı normativ aktlar da mövcuddur”.

Mövzuya münasibət bildirən hüquqşünas Ayxan Məmmədli bildirib ki, Azərbaycanda sosial şəbəkələrdə başqalarının şəxsiyyətini təhrif etmək və onların məlumatlarını icazəsiz istifadə etmək qanunla cəzalandırıla bilər. Bu tip davranışlar - şəxsi həyatı pozmaq, şantaj etmək və ya insanın şəxsiyyətinə qarşı zərərli əməllər törətmək kimi qəbul edilə bilər və ciddi hüquqi nəticələrə səbəb olur:

“Azərbaycanın Cinayət Məcəlləsinə görə, şəxsi məlumatların izinsiz yayılması və ya başqa şəxslərin adından səhifə açılması, həmçinin onların şəkil və videolarını istifadə edilməsi, şəxsi həyatın toxunulmazlığına qarşı bir pozuntu sayılır və məsuliyyətə səbəb olur. Müvafiq maddələrdə belə əməllərin cinayət olduğunu və buna görə də cəzaların nəzərdə tutulduğunu qeyd etmək olar. Misal üçün: Cinayət Məcəlləsinin 157-ci maddəsi (Şəxsi həyatı pozma, məlumatların izinsiz yayılması) sosial şəbəkələrdə başqalarının şəxsi məlumatlarını yayımlamaq və ya həmin məlumatları icazəsiz şəkildə əldə etmək üçün tətbiq edilə bilər. Şantaj və hədələmə ilə bağlı əməl edənlər üçün də cinayət məsuliyyəti nəzərdə tutulur (Cinayət Məcəlləsinin 182-ci maddəsi)”.

A.Məmmədli əlavə edib ki, bu əməllərin cəzası, məsələn, pul cəriməsi və ya müəyyən müddətə azadlıqdan məhrum etmə kimi fərqli cəzaları özündə ehtiva edir. Həmçinin, belə fəaliyyətlərə görə təzminat tələbi də irəli sürülməsi mümkündür.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfillinin sözlərinə görə isə, polisə daxil olmuş müraciətlər əsasında həmin səhifələri və profilləri idarə edən şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir:

“İnternet resurslarında başqasının adına saxta profil və ya səhifə açaraq onun məlumatlarından müxtəlif məqsədlərlə istifadə edilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Bir daha vətəndaşlara sosial şəbəkələrdə şəxsi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyi, qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, eləcə də etibar etmədikləri şəxslərlə görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik”, - deyə o vətəndaşlara çağırış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Mart 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri