Hüquqşünas: “Tövsiyə edirəm ki, Kapital Bank ın şirin dilinə inanmayın
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
""Birbank" mobil tətbiqində yaranan problemə görə təəccüblənmədim. Bilirəm ki, "Kapital Bank"da idarəetmə, informasiya sistemi, kadr siyasəti normal vəziyyətdə deyil, buna görə də vaxtaşırı belə hallar baş verir. Yəni təəccüblü bir şey yoxdur. Kartlardan vəsaitlər də buna görə oğurlanır”.
Reyting.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Tövsiyə edirəm ki, vətəndaşlar belə hallarla üzləşdikdə "Kapital Bank"ın şirin dilinə inanmasınlar. Dərhal Mərkəzi Banka, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlasınlar. Təxminən, bir ay ərzində nəticə olmasa, pulların bərpası üçün məhkəməyə etsinlər. Təbii ki, Bank öz xoşu ilə heç nə edəsi deyil”, - o bildirib.
Baxış sayı:120
Bu xəbər 28 Yanvar 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















