Icma.az
close
up
RU
Mühafizəkarların “Zəngəzur dəhlizi”nin əleyhinə olmaları mövcud reallığı dəyişmir

Mühafizəkarların “Zəngəzur dəhlizi”nin əleyhinə olmaları mövcud reallığı dəyişmir

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İranın ali dini liderinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı anti-mövqeyi yenidən təkrarlayıb. O, “Tramp marşrutu”nun Zəngəzur dəhlizi ilə eyni olduğunu və Tehranın buna qarşı olduğunu bildirib.

Redaktor.az-ın məlumatına görə, İran rəsmisinin açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Vilayəti “Tehran Zəngəzur dəhlizinə qarşıdır” desə də, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı “Zəngəzur dəhlizi”nin əleyhinə deyillər.

"Buna baxmayaraq, Vilayətinin açıqlamasından bir daha anlaşılır ki, İranda müxtəlif məsələlərə olduğu kimi “Zəngəzur dəhlizinə” baxışda da hakim qüvvələrin iki fərqli mövqeyi var. Vilayətinin simasında isə mühafizəkarlar Məsud Pezeşkianla əks fikirdədirlər.

Mühafizəkarların “Zəngəzur dəhlizi”nin əleyhinə olmaları mövcud reallığı dəyişmir. Dəhlizin inşası davam edir və Ermənistanda fövqəladə hadisə baş verməsə “Tramp yolu” uzaqbaşı 2028-ci ilin sonlarına qədər işə düşəcək. Məsələnin maraqlı tərəfi başqadır. Ermənistan Xarici İşlər Nazirliyi İrandakı mühafizəkarların, o cümlədən Vilayətinin “Zəngəzur dəhlizi” əleyhinə olduğunu bildiyi halda, səfirini niyə onunla görüşə göndərib? Mümkündür ki, Vilayəti səfirlə görüşmək istəyib və erməni diplomat vasitəsilə Baş nazir Nikol Paşinyana xəbərdarlıq mesajı göndərib. Vilayət eyni mesajı Azərbaycan səfiri vasitəsilə Bakıya göndərə bilməz. Çünki, Azərbaycanın İrandakı səfiri Bakının təlimatı olmadan Vilayəti ilə görüşməz. Belə bir təlimata isə ehtiyac yoxdur", - deyə siyasi şərhçi qeyd edib.

T.İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri