Arsenal ın ulduzu 1 ay futbol oynaya bilməyəcək
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Ben Uayt zədə səbəbindən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Milli.Az xəbər verir ki, 28 yaşlı arxa xətt oyunçusu İngiltərə Premyer Liqasının XVI turunda "Vulverhempton"la matçın (2:1) birinci hissəsində zədələnərək əvəzlənib.
Onun 4-6 həftə futbol oynamayacağı gözlənilir.
Uayt ötən mövsümün əksər hissəsini dizindəki problemlər səbəbindən buraxıb. Cari mövsümün əvvəlində isə bud əzələsindəki zədələr səbəbindən 11 oyunda iştirak edib. Son dörd matçda isə start heyətində meydana çıxıb.
Qeyd edək ki, "Arsenal"ın heyətində müdafiəçilər Qabriel Maqalyayns və Kristian Moskera da zədəlidir. /"Report"
Milli.Az
Bu mövzuda digər xəbərlər:Arsenal ın futbolçusu 1 ay oynaya bilməyəcək
06 Sentyabr 2025 23:41
Real ın müdafiəçisi 1 ay oynaya bilməyəcək
27 İyun 2025 22:43
“Arsenal”da ciddi itki: 1 ay forma geyinə bilməyəcək
20 Noyabr 2025 10:32
Real ın ulduzu 4 ay oynaya bilməyəcək
08 Dekabr 2025 18:15
Arsenal ın ulduzu Fənərbağça yolunda
11 İyul 2025 20:46
Baxış sayı:82
Bu xəbər 16 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















