Icma.az
close
up
RU
“Hürrəmşəhr” raketi ehtiyatdadır Tehran bu dağıdıcı silahdan istifadə edəcəkmi?

“Hürrəmşəhr” raketi ehtiyatdadır Tehran bu dağıdıcı silahdan istifadə edəcəkmi?

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İranın İsrailə qarşı başlatdığı “Gerçək Vəd-3” adlı raket əməliyyatında indiyədək 300-ə yaxın raket atılıb. İsrailin Tel-Əviv, Ramat Gan, Rişon LeZion və Hayfa kimi şəhərlərinə tuşlanan hücumlar nəticəsində azı 16 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.


Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, Tehran bu hücumlarda əsasən “Fettah” və “İmad” kimi ballistik raketlərdən istifadə edib.

Lakin İranın ən müasir və dağıdıcı silahlarından biri sayılan “Hürrəmşəhr” raketi hələ ki istifadəyə olunmayıb.


13 metr uzunluğunda olan və 2 min kilometrlik mənzilə sahib olan “Hürrəmşəhr” raketi Şimali Koreyanın “Hwasong-10” raketinə bənzədilir. Bu raketin ən mühüm xüsusiyyətlərindən biri 1800 kiloqramlıq ağır döyüş başlığı daşıya bilməsidir. Raketin bu gücü, onun yalnız hərbi bazaları deyil, genişmiqyaslı mülki infrastrukturu da hədəfə ala biləcəyini göstərir.


İsrailin “Dəmir Qübbə” adlı hava hücumundan müdafiə sistemi bir çox raketi zərərsizləşdirsə də, İranın atdığı onlarla raket bu sistemdən yayınaraq hədəfə çatıb. İsrail ordusunun nümayəndəsi, general Effie Defrin bildirib ki, “Dəmir Qübbə” dünyanın ən inkişaf etmiş sistemlərindən olsa da, tam mükəmməl deyil və hücumların miqyasının böyüməsi müdafiə imkanlarını sınağa çəkir.


İranlı rəsmilər isə İsrail hücumlarının davam edəcəyi təqdirdə daha sərt cavab veriləcəyini bəyan ediblər. Ayətullah Əli Xamenei, qatledilən iranlıların əvəzinin ən ağır şəkildə çıxılacağını açıqlayıb.


Hərbi ekspertlərə görə, İran hələlik köhnə texnologiyalı raketlərdən istifadə edərək İsrailin hava müdafiəsini zəiflətməyə çalışır. Sonrakı mərhələdə “Hürrəmşəhr” kimi strateji silahlardan istifadə olunacağı gözlənilir.


İranın “Hürrəmşəhr” raketindən istifadə etməsi, təkcə İsrail üçün deyil, bütün region üçün müharibənin yeni və daha dağıdıcı mərhələyə keçməsi demək olacaq. Hazırkı vəziyyət, tərəflərin yaxın günlərdə daha sərt addımlar ata biləcəyini göstərir.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:491
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri