Husilər ABŞ və İsrailə qarşı müharibəyə hazır olduqlarını bəyan etdilər
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) hərəkatı ABŞ və İsrailə qarşı hərbi əməliyyatlara qoşulmağa hazır olduqlarını açıqlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hərəkatın siyasi büro üzvü Məhəmməd əl-Buxeyti bildirib ki, husilər hələlik döyüşlərdə iştirak etmir, lakin tam döyüş hazırlığındadır. Onun sözlərinə görə, Yəmən İran, Fələstin və Livanı dəstəkləmək qərarı verib və vəziyyəti yaxından izləyir.
Əl-Buxeyti qeyd edib ki, husilər lazım gəldiyi halda münaqişəyə qoşula və müttəfiqlərinin tərəfində hərbi əməliyyatlara başlaya bilər. O, həmçinin region ölkələrini xəbərdar edərək bildirib ki, ABŞ və İsrailə dəstək verilərsə, bu, ciddi nəticələrə səbəb ola bilər.
Qeyd olunub ki, hazırda husilər münaqişədə birbaşa iştirak etməsə də, onların mümkün müdaxiləsi Yaxın Şərqdə gərginliyi daha da artıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 Mart 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















