Icma.az
close
up
RU
Husilər Yəməndə strateji Əl Moxa limanına nəzarəti ələ keçirdi

Husilər Yəməndə strateji Əl Moxa limanına nəzarəti ələ keçirdi

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının tərəfdarları (husilər) ölkənin qərb sahilində yerləşən strateji Əl-Moxa limanını ələ keçirərək, Qırmızı dəniz sahilinin böyük bir hissəsinə nəzarəti təmin etməyə yaxınlaşıblar. Bununla belə, Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri şəhərin süqutunu hələ təsdiqləmir.

Moderator.az xəbər verir ki, bu barədə hökumət ordusunun dörd hərbi nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Rəsmi qüvvələr husilərin irəliləyiş əldə etdiklərini və Əl-Moxa istiqamətində hərəkət etdiklərini etiraf edib.

Xəbərdə bildirilib ki, mövcud gərginlik 2022-ci il atəşkəsindən sonra səngimiş Yəmən vətəndaş müharibəsinin yeni bir mərhələyə qədəm qoyması deməkdir. Bu eskalasiya Səudiyyə Ərəbistanının husilərə endirdiyi zərbələr və Ər-Riyad tərəfindən dəstəklənən Yəmən hərbçilərinin onların mövqelərinə hücum cəhdləri ilə başlayıb.

Hazırda isə husilər əks-hücuma keçib və eyni vaxtda Səudiyyə Ərəbistanının neft-qaz infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirirlər.

Xatırladaq ki, hələ 2014-cü ildə husilər Yəmənin paytaxtı Sənanı ələ keçirmişdilər. İndi isə onlar ölkənin şimalının böyük bir qisminə və əhalinin ən sıx məskunlaşılmış ərazilərinə nəzarət edirlər.

Əl-Moxa şəhərinin strateji önəmi onun Qırmızı dənizdən Ədən körfəzinə uzanan dar keçid olan Bab əl-Məndəb boğazının yaxınlığında yerləşməsi ilə bağlıdır. Süveyş kanalı vasitəsilə Asiya və Avropa arasındakı qlobal ticarət marşrutlarından biri məhz bu sularla keçir, həmçinin neft və digər mühüm yüklər daşınır.

Əgər husilər Əl-Moxanı artıq ələ keçiriblərsə və ya yaxın müddətdə şəhərə nəzarəti təmin edəcəklərsə, bu, onların Bab əl-Məndəb boğazı yaxınlığındakı Yəmən sahillərindəki mövqelərini xeyli gücləndirəcək və gəmiçiliyə təsir imkanlarını artıracaq.

ABŞ və İran arasındakı münaqişə səbəbindən Hörmüz boğazında hərəkətin kəskin şəkildə pozulması fonunda yaranmış bu vəziyyət xüsusi əhəmiyyət kəsb edir.

"Reuters" vurğulayır ki, hadisələrin bu cür inkişafı Fars körfəzi ölkələrindən neft ixracı üçün istifadə olunan ikinci əsas dəniz yolunu da təhlükə altına ala bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Sentyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri