Husilər Yunanıstana məxsus yük gəmisinin ekipaj üzvlərini qaçırıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Qırmızı dənizdə batan Yunanıstana məxsus “Eternity C” yük gəmisinin ekipaj üzvlərini qaçırıb.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki səfirliyinin bəyanatında deyilir.
"Husilər bir neçə dənizçini öldürdükdən, gəmini batırdıqdan və xilasetmə əməliyyatlarına mane olduqdan sonra “Eternity C” gəmisinin sağ qalan ekipaj üzvlərinin çoxunu qaçırıblar. Biz onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik.", - səfirliyin bəyanatında deyilir.
Bəyanatda yük gəmisinin heyətinin 21 Filippin və bir Rusiya vətəndaşından ibarət olduğu bildirilir.

Netanyahunun təyyarəsi Yunanıstana enib İsrailin hökumət üzvlərini və ailələrini təhlükəsiz zonalara daşıyır + VİDEO
14 İyun 2025 23:32
Rusiya Yunanıstana məxsus gəmiyə əl qoyub
19 May 2025 11:41
Husilər Eternity C gəmisinin ekipajını qaçırdı
10 İyul 2025 07:23
Prezident: “Xüsusilə qadın ekipaj üzvlərini qiymətləndirməliyəm”
29 Dekabr 2024 15:27
Husilər ABŞa məxsus MQ9u vurdular
08 Noyabr 2024 18:33

