İan Harri İslam Mahaçevin menecerini “kiçik siçovul” adlandırdı
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UFC-nin yarımorta çəki dərəcəsində (77 kq) reytinqin ikinci pilləsində qərarlaşan İan Harri sparrinq zamanı hazırkı çempion İslam Mahaçev barədə kəskin fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, irlandiyalı döyüşçü rusiyalı çempionla mümkün qarşılaşmadan danışarkən onun meneceri Əli Abdel-Əzizi təhqir edib. Harri meneceri “kiçik siçovul” adlandıraraq onun cəfəngiyatla məşğul olduğunu bildirib.
İslam Mahaçevin döyüş üçün daha çox vaxt istəməsinə münasibət bildirən Harri belə deyib:
“Hesab edirəm ki, İslam döyüşməyə hazırdır. Onun dünyanın təklif edə biləcəyi ən yaxşı döyüşçülərdən biri olduğunu hesab edirəm. Lakin çəki dərəcəsindən asılı olmayaraq özünü ən yaxşı adlandırıb, sonra isə vaxt udmağa çalışmaq olmaz. İstənilən şəxslə, istənilən yerdə və istənilən vaxt döyüşmək lazımdır. Dünyanın ən güclü adamının tərifi budur və mən bu qayda ilə yaşayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 04 Mart 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















