“İaşə obyektlərində xidmətlə bağlı problemlər var”
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İaşə obyektlərində xidmətlə bağlı hələki problemlər var. Bunun səbəbi odur ki, bəzi işçilər öz xidmət sahəsinə peşə kimi yox, müvəqqəti bir proses kimi baxır, bunun üçün də peşəkarlıq artırılmır”.
Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icra edən Kənan Quluzadə “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
O, Azərbaycanda fəaliyyət göstərən restoranların xidmətindən danışıb: “Bu problemin üzərində işləyirik ki, normativ baza dəyişsin. COP29 bizim üçün bir fürsət idi. Həmin vaxt 249 restoran könüllü olaraq bizim təlimlərə qoşuldu. MDB oyunlarında da bu, təmin ediləcək. Milli Kulinariya komandası təlimlər keçirəcək. Yəni, beynəlxalq tədbirlər bizə peşəkarlığımızı artırmaqda kömək edir, təcrübə olur”.
Fidan Etibar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















