IBAnın Texniki Komitəsinin sabiq sədri Azərbaycana gəlib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Boks Federasiyasının (IBA) Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib. SİA xəbər verir ki, ABŞ-dan olan mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçiləri və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.
Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımı təlimatlar verilib.
Təlimdə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da iştirak edib.
Qeyd edək ki, Raymond Silvas dekabrın 15-20-də kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.
Bu mövzuda digər xəbərlər:IBAnın Texniki Komitəsinin sabiq sədri Azərbaycana gəlib, məşqçilərə seminar keçib
12 Dekabr 2024 16:28
İBAnın Texniki Komitəsinin sabiq sədri məşqçilərimizə və hakimlərimizə seminar keçib İdman və Biz
12 Dekabr 2024 16:26
TBMMnin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib
06 Dekabr 2024 15:20
Baxış sayı:127
Bu xəbər 12 Dekabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















