IBAnın Texniki Komitəsinin sabiq sədri Azərbaycana gəlib, məşqçilərə seminar keçib
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Boks Assosiasiyasının (IBA) Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ABŞ-dən olan mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçiləri və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.
Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımi təlimatlar verilib.
Təlimdə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da iştirak edib.
Qeyd edək ki, Raymond Silvas dekabrın 15-20-si aralığında kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















