Icma.az
close
up
RU
“İBB nin FLORYADAKI RÜŞVƏT MƏRKƏZİ...“ İmamoğlunun 5 milyonluq kassa” skandalının detalları məlum oldu + FOTOLAR

“İBB nin FLORYADAKI RÜŞVƏT MƏRKƏZİ...“ İmamoğlunun 5 milyonluq kassa” skandalının detalları məlum oldu + FOTOLAR

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və keçmiş İBB sədri Ekrem İmamoğluna qarşı başladılan rüşvət və terror istintaqının detalları ortaya çıxmağa başlayıb.

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırma zamanı məlum olub ki, İBB-nin Floryadakı iqamətgahı iş adamlarından alınan rüşvətin toplandığı bir mərkəzə çevrilib.

Ekrem İmamoğlunun məsləhətçisi və eyni zamanda “kassası” olduğu iddia edilən İBB İdman Klubu sədri, hazırda həbsdə olan Fatih Keleşin bu iqamətgahı ofis kimi istifadə etdiyi, iş adamlarından toplanan pulları 2 metr uzunluğu, 1 metr enindəki polad seyfdə saxladığı, hətta bu seyfin 3 ay əvvəl oradan qaçırıldığı məlum olub. Sözügedən ofisdə aparılan axtarışlar zamanı seyfdə 5 milyon lirə olduğu da aşkarlanıb.


İstintaqçılar Floryadakı qamətgahın əhatəsindəki təhlükəsizlik kameralarını incələyib. Əldə olunan görüntülərlə dekabr ayında ofisə giriş-çıxışlar və ətraf yollara baxılaraq seyfin haraya aparıldığı araşdırılıb.


Qeyd olunur ki, sözügedən iqamətgah keçmişdə Kadir Topbaş da daxil olmaqla bir çox bələdiyyə başqanı tərəfindən istifadə olunub. Ekrem İmamoğlu isə bu iqamətgahı Keleşə verib, özü üçün isə Rumelihisarında 1995-ci ildə Marmara Universitetinə təhsil məqsədilə ayrılmış ərazidəki tarixi binanı lojman kimi istifadə edib.

Xatırladaq ki, Fatih Keleş korrupsiya istintaqı çərçivəsində həbs edilib və daha əvvəl də pul sayma kimi görüntülərdə baş rollardan biri olmuşdu. Bu görüntülərdə dəstə-dəstə pulların stolun üzərinə toplanması müzakirələrə səbəb olmuşdu.

Keleş bu görüntülərlə əlaqədar ötən il başladılan istintaqda Siyasi Partiyalar Qanununun “qanunsuz ianə, kredit və ya borc alınması və verilməsi” maddəsi ilə 6 aydan 1 ilə qədər həbs cəzası ilə mühakimə olunur.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see186

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Həkim sağlam yuxunun SİRRİNİ AÇIQLADI

17 İyul 2025 21:11see112

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Sərinkeşin qarşısında yatmaq zərərlidir?

17 İyul 2025 22:06see109

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri