Icma.az
close
up
RU
İbn Sinanın bu gün də istifadə edilən MÖCÜZƏLİ TİBB METODLARI

İbn Sinanın bu gün də istifadə edilən MÖCÜZƏLİ TİBB METODLARI

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Qərbdə Avitsenna, Şərqdə isə “təbiblərin hökmdarı” kimi tanınan İbn Sinanın adı Asiya üçün uzun əsrlərdir ki, qəndil rolunu oynayır.

Onsuz da Günəşi batmaqda olan Şərqə düşən ala-budda işıq parçaları elə İbn Sina və onun kimi tək-tük şəxslərə aiddir.

Bir müddət Buxarada yaşayan və çalışan İbn Sina sonradan burada  saray çevrilişi olanda Xarəzmə köçür. Çox keçmədən dövrünün böyük alimləri Əbu Reyhan Biruni və Məsihi də bura gəlirlər. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə İbn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən İbn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.

İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, baş ağrıları, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qayıtması ilə insan görür.

İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Qanun ət-Tibb» adlanır. Beş cildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yolxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın hipotezini sübut etməyə müyəssər oldu”.

İbn Sina insanın fiziologiyası ilə yanaşı, həmçinin, onun ruhi sağlamlığı üçün də əlindən gələni əsirgəməyib.
Böyük alimin tətbiq etdiyi tibbi metodlar bu gün də öz aktuallığını qoruyub saxlayır. Alternativ tiblə məşğul olan mütəxəssislər 2017-ci ildə də orta əsr alimindən yararlanırlar.

Modern.az İbn Sinaya aid olan və bu gün də tibb və alternativ tibbdə tətbiq olunan bəzi metodları təqdim edir:

Bağ ağrıları -  Böyük təbib baş ağarıları zamanı əsasən qan aldırmağı tövsiyyə edər, özü də müalicəyə başlamazdan əvvəl xəstədən öncə qan alardı. Baş ağrısı olanlara tövsiyyə etdiyi qida isə yumurta sarısı ilə sirkə olub;

Tənəffüs çatışmazlığı – İbn Sina təngnəfəslik, tənəffüs çatışmazlığı, şiddətli ürək döyüntüləri zamanı xüsusi resept tövsiyyə etmişdi ki, ondan bu gün də istifadə edilir.
Həmin reseptə əsasən, ada soğanı, sarı əncir, badam balla qarışdırılaraq, gündə bir neçə dəfə qəbul edilir. Həmçinin, qaynadılmış noxud suyu ilə dərəotunu birgə qəbul etmək, ardınca da ilıq su içmək nəfəsalmadakı problemi aradan qaldırar;

Depressiya - Uğursuz sevgidən sonra insanın üzləşəcəyi kəskin depressiyanın dərmanını İbn Sina hələ X əsrdə vermişdi. O, eşq acısı çəkən, sayıqlayan, yuxusu ərşə şəkilən şəxsi müəyyən müddətdə hər gün hamama aparılmasını və bənövşə yağından istifadəni məsləhət görür. Çünki dəri nəmləşdikcə insan nisbətən rahatlanır və o, üzləşdiyi gərgin depressiyadan azacıq da olsa xilas olur.
“Bir kimsə xatirələrə daldığında ağırlaşma və sinəsində ağırlıq hiss edirsə, ona  zəncəfil, ada soğanı, sarı əncir, qabıqsız badam və bal ilə yanaşı verilərək içirtmək lazımdır. Qoz yağı ilə birlikdə noxud suyu, şüyüd, yedirilir və isti su içirilsə fayda verər”.

Astma xəstəliyi - “Həkimlərin Piri” astma haqqında  bu şəfalı bitkiləri təklif edir: "Bir kimsə hərəkət zamanı nəfəs darlığı,  ağırlaşma və sinəsində ağırlıq hiss edirsə ona zəncəfil, ada soğanı, sarı əncir, qabıqsız badam və bal ilə yanaşı verilərək içirtmək lazımdır. Qoz yağı ilə birlikdə noxud suyu, şüyüd yedirilir və isti su içirilsə fayda verər”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:648
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 04:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri