Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

İbrahim Ethem Atnur: “Zəfər paradı bölgəyə sülh və əmin amanlığın gəldiyini göstərdi”

İbrahim Ethem Atnur: “Zəfər paradı bölgəyə sülh və əmin amanlığın gəldiyini göstərdi”

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Qarabağ Zəfəri və bölgədə sülhün bərqərar olması Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olaraq qeyd olunur. Noyabrın 8-də keçirilən Zəfər Paradı və sülh mərasimi, Azərbaycanın müzəffər ordusunun gücünü nümayiş etdirməklə yanaşı, dostlara güvən, düşmənlərə isə xəbərdarlıq mesajı verdi. Tədbirə Azərbaycan və Türkiyə prezidentləri, Pakistan baş naziri qatılaraq həm Azərbaycan xalqının sevincinə şərik oldular, həm də bölgədə sülhün təminatçısı olduqlarını vurğuladılar. Bu parad həm də Azərbaycanın sükut içində reallaşdırdığı strateji dönüşün, həm hərbi hazırlığın, həm də diplomatik addımların göstəricisi kimi tarixə yazıldı.

Zəfərin 5-ci ildönümünə həsr edilmiş paradı izləyən tarixçi yazar, türk professor İbrahim Ethem Atnur Sherg.az-a Azərbaycanın haqlı mübarizəsindən danışıb:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Azərbaycanın Qarabağ müharibəsinin ən böyük nəticəsi Qarabağa sülhün və əmin-amanlığın gəlməsi oldu. Çünki mərasim də bir mənada bunun nəticəsi idi. Azərbaycanın ordusunu gücləndirməsi və bunun kiçik bir nümunəsini həmin sülh mərasimində nümayiş etdirməsi, dostlara güvən, düşmənlərə isə qorxu verirdi. Azərbaycan 1991-ci ildən bəri çox böyük əzablar yaşadı. Azərbaycan xalqı, insanlığa qarşı cinayət təşkil edən dəhşətlər yaşadı. Torpaqlarını itirdi, qaçqın oldu, kütləvi qırğınlara məruz qaldı, qadın və uşaqlar min bir cür faciə ilə üzləşdi. Burada insanlığa qarşı törədilmiş cinayətlər müzəffər Azərbaycan ordusunun kölgəsi altında yenidən sülhə qovuşdu. Bu, ermənilər üçün də böyük sülhün müjdəsi oldu. Hazırkı Ermənistan baş naziri Paşinyanın da qeyd etdiyi kimi, ermənilər haqlarına razı olmalı və xəyallara qapılmadan həyatlarına davam etməlidirlər. Xəyallara qapılmağa davam etdikləri müddətcə bu coğrafiyada daha böyük itkilərə məruz qalacaqlar. Həm əraziləri kiçilə, həm də insan sayları azala, nəticədə isə ermənisiz bir Ermənistan qala bilər. Xəyallara, keçmişə qapılaraq dövlət qurmaq, cəmiyyət yaşatmaq mümkün deyil. Ermənilər böyük dövlətlərə-Rusiya, Fransa, Amerika və Qərbdəki diasporalara güvənərək 1988-ci ildən etibarən "Böyük Ermənistan" xəyalları qururdular. Qeyd etdiyimiz kimi, Qarabağ Zəfəri isə bölgəyə sülh və əmin-amanlıq gətirmək baxımından bir dönüş nöqtəsi olmuşdu. Noyabrın 8-də həmin dönüş nöqtəsinin mərasimi keçirildi. Azərbaycan və Türkiyə prezidentləri, Pakistan baş naziri tədbirdə iştirak etdilər. Həm Türkiyə, həm Pakistan hərbi qüvvələri, komandolar burada iştirak etdilər, Azərbaycan xalqının sevincinə və qüruruna şərik oldular. Eyni zamanda bölgədə sülhün təminatçısı olduqlarını ifadə etdilər".

Tarixçi əvvəllər bölgəni qan içində qoyan erməni terrorizminin, vandalizminin olduğunu söyləyib:

"Onlar xəyallara, tarixə qapılmış insanlar idi. "Böyük Ermənistan" xəyalları içində idilər. Amma "Böyük Ermənistan"ı yaşadacaq nə insan sayı, nə də sərhəd imkanları mövcud idi. Başqalarının haqqına göz dikərək, Bakının küçələrində tanklarla gəzməyi, Bakıda çay içməyi deyən Qarabağ klanına aid Ermənistan prezidentləri var idi. Onlar əslində erməni millətinə ziyan verən, erməni xalqına əks təsir edən adamlar idilər. Amma yalnız ermənilərə deyil, həm də Azərbaycana və bölgədəki digər insanlara qarşı çox böyük vəhşiliklər törətdilər. Zəfər paradı bu vəhşiliklərin sona çatdığını, bölgəyə sülh və əmin-amanlığın gəldiyini göstərirdi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, artıq bölgədə sülhün bərqərar olması vacibdir. Bu həm Azərbaycan ilə Ermənistan arasında, həm Ermənistan ilə Türkiyə arasında bölgədə sülhün təmin olunmasına xidmət edəcək, amma əsasən ermənilərə fayda verəcək bir vəziyyətdir. Məsələn, bir neçə gün öncə, Ermənistana gedən erməni taxıl qatarları Azərbaycandan keçərək Ermənistana çatdı. İlk dəfə olaraq nümayəndə heyəti Ermənistana səfər etdi. İndi isə Ermənistanın paytaxtı Yerevandan Bakıya nümayəndə heyətinin gəlməsi gözlənilir. Bütün bunlar Qarabağ müharibəsinin nəticəsidir, artıq sülhə gedən addımlar atılır. Azərbaycan sükut içində bir dönüşə imza atdı. Bunu xüsusi vurğulamaq istəyirəm. 1991-ci ildə qurulduğu gündən bəri Azərbaycan çox çətin günlər yaşadı. Ermənistanla müharibə aparır, yeni dövlətini qurmağa çalışır, 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünlə məşğul olurdu. Həmin qaçqınların 1 milyonu Qarabağdan, 200 mini isə Batı Azərbaycandan (bugünkü Ermənistan ərazilərindən) idi. Eyni zamanda ordusunu gücləndirməyə çalışırdı. İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan ordusunu gücləndirdi, hazırlıq apardı"". 

Professor paradda Azərbaycanın hərbi hazırlığının nəticəsini də gördüyünü söyləyib:

"1992-1995-ci illərdə gördüyüm Azərbaycan ordusu indi yoxdur. Artıq mükəmməl disiplinə malik, yaxşı təlim keçmiş Azərbaycan əsgərləri var. Dost üçün heç bir problem yoxdur, amma düşmən artıq düşmənçiliyi dayandırmalıdır, artıq vaxtı çatıb. Sükut içində inqilasa imza atmaqla müharibəyə, dağıntılara, qaçqınlara baxmayaraq, Azərbaycan çox zənginləşmiş bir dövlət oldu. Bakı şəhərini görənlər bunu başa düşür. Zəfər Paradı ilə Azərbaycanın Müzəffərliyinin 5-ci ildönümü qeyd olundu. Bu, bölgədə sülhün bərqərar olunacağının açıq şəkildə elanı idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see225

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see217

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see200

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see187

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see184

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see176

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri