Prezident: Azərbaycan Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin amanlığın zəmanətidir
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir.
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır.
Prezident əlavə edib ki, Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulanıb ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















