Icma.az
close
up
RU
İbrahim Karqbo: Klubun mənə çox borcu var idi, amma ona görə FİFA ya şikayət etmədim

İbrahim Karqbo: Klubun mənə çox borcu var idi, amma ona görə FİFA ya şikayət etmədim

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bakı"nın iddialı vaxtlarında komandanın formasını geyinmiş, hətta kapitan sarğısını daşımış İbrahim Karqbo apasport.az saytına müsahibə verib. Hazırda İngiltərədə yaşayan veteran futbolçu saytımıza müsahibəsində "Bakı"dakı vaxtlarını xatırlayıb.

- Hazırda nə işlə məşğulsan? Futbol sahəsində deyilsən?
- Hazırda İngiltərədə yaşayıram və hələ də futbol sahəsində işləyirəm. Mən futbolla məşğul olan gənc istedadların inkişafına kömək edirəm. 

- Maraqlıdır, Azərbaycandakı karyeranı tez-tez xatırlayırsan? Səncə, "Bakı" komandasındakı karyeran uğurlu alınmışdı?
- Təbii ki, Azərbaycanda keçirdiyim vaxtları hələ də xatırlayıram. Bir oyunçu kimi karyeram çox uğurlu oldu, amma komanda olaraq uğur qazana bilmədik. Çünki 3 il ərzində Premyer Liqanı qazana bilmədik. Məncə, daha yaxşısını edə bilərdik, həm də hər mövsüm oyunçuları dəyişmək bizə heç nə qazanmağa kömək etmədi.

- "Villem II" klubundan "Bakı"ya transferini necə xatırlayırsan? Bu transfer necə baş tutmuşdu?
- “Villem II” üçün iki mövsüm ən yaxşı oyunçu oldum və 3-cü mövsümdə 2-ci oldum. O vaxt mən yeni başlanğıclar etmək istəyirdim, ona görə də “Bakı”da oynamaq variantını dəyərləndirdim.

- “Bakı"dakı hansı oyun sənin üçün daha unudulmazdır? Hansı oyunu, hansı hadisəni xatırlayırsan?
- Ən çox xatırladığım anlar ölkə kubokunun finalında qalib gəldiyimiz oyundur. Bəlkə də “Bakı”da bombardir deyildim, amma çox yaxşı dayaq yarımmüdafiəçisi idim.

- Vaxtilə "Bakı" Azərbaycan çempionatının ən iddialı klublarından biri idi. Səncə, komanda Avropada nəyə görə uğursuz çıxış edirdi? Səncə, nəyə görə komanda avrokuboklarda qrup mərhələsinə düşə bilmirdiniz?
- Dediyiniz kimi, “Bakı” Azərbaycanın ən iddialı klublarından biri idi. Bu, məni ora transfer olmağa vadar etmişdi. Amma mənim təcrübəmə görə deyirəm, klubu idarə edən insanların “Bakı” kimi böyük bir klubu idarə etmək təcrübəsi yox idi. Ona görə də klub uğursuz oldu. Avropada uğursuz çıxış etdik, çünki oynamaq üçün lazım olan keyfiyyətli oyunçularımız yox idi. Azərbaycan liqasında o qədər də uğur qazana bilmədik, ona görə də Avropa liqasında uğurlu olmadıq. Hər mövsüm klub oyunçularını dəyişirdi. Bu da yaxşı oynamamağımıza böyük təsir edirdi.

- 2012-ci ildə Azərbaycan kubokunda keçirilən "Bakı" - "Neftçi" görüşündə qalib gəlmişdiniz. O oyunu necə xatırlayırsan?
- Bəli. Bu, klubda olduğum müddətdə ən yaxşı xatirələrimdən biri idi. Klub prezidenti və azarkeşlərlə birlikdə qeyd etdiyim o gözəl anı həmişə xatırlayacam, heç vaxt unutmayacam. Çünki xoş xatirələr idi. 

- "Qarabağ" isə o illərdən bu yana stabilliyini qorudu və Azərbaycanda hegemonluq edir. Hətta avrokuboklarda uzun illərdir ki, iştirak edir, qrup mərhələsinə vəsiqə qazanır. Onlardan bu cür nəticə gözləyirdin?
- Bəli, təbii ki, “Qarabağ” çox yaxşı klubdur və onlar komandaya keyfiyyətli oyunçular gətirir. Düzgün transferlər edirlər. Belə də, uğurlu nəticələr qazanaırlar.

- Bakıda özünə ev almaq haqda düşünürdün? Yoxsa, qazandığın bütün pulları İngiltərədə xərcləyirdin, orada özünə yaxşı şərait yaratmışdın?
- Düzü, Bakıda özümə ev almağı düşünmürdüm. Həyat yoldaşım və 4 övladımla İngiltərədə çox yaxşı vəziyyətdəyəm.

- “Bakı" hazırda fəaliyyət göstərmir. Maraqlıdır ki, klubun bazasının yerində binalar tikilib. Bu haqda məlumatlısan?
- “Bakı”nın artıq fəaliyyət göstərməməsinə üzülürəm. Çünki hələ də əksər klubların mövcud olduğunu görürəm. Uğursuz idarəçilik “Bakı”nın hazırkı duruma gətirib çıxartdı. 

- Bir müddət əvvəl oğlun da Azərbaycanda oynaya bilərdi, amma onun "Kəpəz"ə transferi baş tutmamışdı. Oğlunun da Azərbaycanda oynamasını istəyirsən?
- Bəli. Əlbəttə ki, gələcəkdə bir gün oğlumun Azərbaycanda oynayacağına inanıram. Bu baş verərsə, şad olardım. 

- Üç il ərzində "Bakı"da oynamışdın. Maraqlıdır, sənə Azərbaycanın başqa klubundan təklifin var idi?
- Məncə, yox idi. Azərbaycanda heç bir klubdan mənə təklif gəlməmişdi və heç vaxt “Bakı”dan başqa komandaya getmək barədə düşünməmişdim. Çünki klub prezident çox yaxşı adam idi. “Bakı”nın mənə çoxlu borcu var idi. Lakin mən bu barədə FİFA-ya şikayət etmədim. Çünki klub prezidenti çox yaxşı insan idi. Məhz ona görə bunu etmədim və sadəcə klubdan ayrıldım, şikayətsiz, filan.

Rauf Hüseynli: "Növbəti mərhələyə çıxmaq şansımızı itirməmişik" Ayxan Abbasov: "Bizə xoşdur ki, "Sumqayıt" "Şamaxı"dan qabaqda olduğu üçün sevinir" Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar" "Şamaxı" 3 xalı 1 qolla qazandı - YENİLƏNİB “Araz-Naxçıvan”da 3 itki
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Fevral 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri