Icma.az
close
up
RU
“İbrahim sazişləri” Azərbaycana nə vəd edir? Bu, İsrailin gələcəyi və təhlükəsizliyi üçün önəmlidir

“İbrahim sazişləri” Azərbaycana nə vəd edir? Bu, İsrailin gələcəyi və təhlükəsizliyi üçün önəmlidir

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın "İbrahim sazişi"nə qoşulması məsələsi günlərdir müzakirə mövzusudur.

Bakıvaxtı.az-ın məlumatına görə, məsələnin bu dəfə gündəmə gəlməsinin səbəbi ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun açıqlaması olub. O, Azərbaycanın “İbrahim sazişi”nə (Abraham Accords) qoşula biləcəyinin mümkünlüyündən danışıb.

Xatırladaq ki, mart ayında Amerika yəhudi icması da belə bir müraciət yaymış, “Azərbaycan, Qazaxıstan və Özbəkistanın “İbrahim Sazişi"nə qoşulmasına dəstək çağırışı etmişdilər. İsrail rəsmilərinin də Azərbaycanla bağlı çağırışları zaman-zaman gündəmə gəlir. Azərbaycanın, o cümlədən, Mərkəzi Asiyada türk dövlətlərinin - Qazaxıstan və Özbəkistanın “İbrahim Sazişi"nə qoşulması məsələsi Trampın birinci prezidentliyi dövründə də gündəmdə idi. Hərçənd, Bayden Administrasiyasının fərqli siyasəti fonunda İsrail hökumətinin Fələstin məsələsindəki radikal mövqeyi bu prosesi tormozladı. İndi Tramp “qaldığı yerdən” davam etmək niyyətindədir.

Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a deyib ki, "İbrahim saziş"ləri məhz Donald Trampın hakimiyyəti dönəmində imzalanıb.

Ekspert vurğulayıb ki, sözügedən saziş İsraillə münasibətləri enişli-yoxuşlu olan, zaman-zaman gərginliklər yaşayan ölkələrlə əlaqələrin normallaşmasına xidmət edir:

"Məhz bu anlaşmadan sonra Ərəbistan yarımadasının bəzi ölkələri ilə İsrail arasında diplomatik münasibətlərin qurulması prosesi başladı. Hətta Səudiyyə Ərəbistanı İsraillə münasibətləri faktiki olaraq diplomatik əlaqələrin qurulması səviyyəsinə gətirməyə yaxın olduğu dönəmdə HƏMAS-ın İsrailə hücumu baş verdi. Bundan sonra bölgədə vəziyyət yenidən gərginləşdi”.

Azərbaycanın bu anlaşmaya qoşulmasına gəlincə, müsahibimiz vurğulayıb ki,  yəhudi ravvinləri bununla bağlı Tramp administrasiyasına müraciət ediblər. Onun sözlərinə görə, İsrail dövləti üçün maraqlı və vacib məqamlardan biri odur ki, ətrafındakı ərəb dövlətləri ilə münasibətləri normallaşdırsın:

“Bu, İsrailin gələcəyi və təhlükəsizliyi üçün önəmlidir. Ümumiyyətlə, müsəlman dünyası ilə əlaqələrin genişlənməsi üçün "İbrahim sazişi" anlaşmasının əhatə dairəsi genişlənməlidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İsraillə münasibətlər qurulub və bugünədək inkişaf etməkdədir. Hər iki ölkə arasında sıx əməkdaşlıq, dərin münasibətlər mövcuddur".

Analitik əlavə edib ki, İsrail və Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində əlaqələr var, əməkdaşlıq formatlarına malikik:

"İsrailin Azərbaycana verdiyi siyasi dəstəyi heç vaxt unutmuruq. İsraillə müxtəlif istiqamələtlərdə - iqtisadiyyat, ticarət, enerji, hərbi-texniki əməkdaşlıq, turizm, elm, mədəniyyət və s. sahələr üzrə ciddi əməkdaşlıq edirik. İsrail də Azərbaycanı özünə ən yaxın tərəfdaş ölkə bilir. O baxımdan Azərbaycanın "İbrahim sazişi"nə qoşulması İsrailin marağındadır”.

Oqtay Qasımov: İsrail və Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində əlaqələr var

Oqtay Qasımov qeyd edib ki. əslində Azərbaycan faktiki olaraq rəsmən üzvü olmasa da, "İbrahim sazişi"nə qoşulmuş ölkələr statusundadır, bəlkə onlardan daha yaxın səviyyədə İsraillə münasibətlərə malikdir:

“Yəni onsuz da Azərbaycanın İsraillə münasibətləri yüksək səviyyədədir. Belə bir addıma görə bəzi dövlətlər tərəfindən qınağa, tənqidə də məruz qala bilərik. Ancaq Azərbaycanın özünün dövlət maraqları var və bu maraqları qorumaq əsas vəzifəmizdir".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 May 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri