Icma.az
close
up
RU
“İbrahim sazişləri” fonunda İranın sərt ritorikası

“İbrahim sazişləri” fonunda İranın sərt ritorikası

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abbas Araqçi İsraillə əməkdaşlıq edən dövlətləri sərt şəkildə hədələyərək bildirib ki, “İran xalqına qarşı düşmənçilik axmaq macəradır və İsraillə işbirliyi bağışlanmazdır”. İran tərəfi bu açıqlamanı Benjamin Netanyahu-nun guya BƏƏ-yə gizli səfəri və Prezident Şeyx Məhəmməd bin Zayedlə görüşü barədə yayılan məlumatlardan sonra verib. BƏƏ isə Netanyahu-nun ölkəyə səfəri və İsrailin hər hansı gizli hərbi mövcudluğu ilə bağlı iddiaları rəsmən təkzib edərək, münasibətlərin yalnız “İbrahim sazişləri” çərçivəsində və açıq şəkildə aparıldığını vurğulayıb.İranın mesajı Körfəz ölkələrinin İsraillə münasibətlərinə təsir edə bilərmi?

Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info-ya açıqlamasında bildirib ki, İran xarici işlər naziri Abbas Araqçinin İsraillə əməkdaşlıq edən dövlətlərə yönələn sərt mesajı ilk növbədə psixoloji və siyasi təzyiq xarakteri daşıyır. Onun sözlərinə görə, bu açıqlama təsadüfi deyil və regionda, xüsusilə Körfəz ölkələrinin İsraillə münasibətlərinin dərinləşməsi fonunda verilib.

“Əgər doğrudan da Netanyahunun BƏƏ-yə gizli səfəri ilə bağlı məlumatlar İran tərəfindən ciddi qəbul olunubsa, Tehran bunu öz təhlükəsizlik maraqlarına təhdid kimi qiymətləndirir. İran uzun illərdir Körfəz ölkələrində İsrailin təhlükəsizlik və ya kəşfiyyat mövcudluğunun artmasını ‘qırmızı xətt’ kimi görür. Buna görə də Araqçinin ‘İran xalqına qarşı düşmənçilik axmaq macəradır’ ifadəsi region ölkələrinə açıq xəbərdarlıq mesajıdır”, – deyə şərhçi bildirib.

Bununla belə, onun fikrincə, İranın bu ritorikasının Körfəz ölkələrinin siyasətini köklü şəkildə dəyişəcəyi ehtimalı yüksək deyil. Çünki son illərdə BƏƏ, Bəhreyn və müəyyən dərəcədə Səudiyyə Ərəbistanı İsraillə münasibətlərə daha praqmatik yanaşma sərgiləyir. Bu əməkdaşlıq artıq təkcə siyasi deyil, həm də texnologiya, təhlükəsizlik, logistika və iqtisadi maraqlar üzərində qurulan strateji xarakter daşıyır.

Mərahim Nəsib qeyd edib ki, BƏƏ-nin Netanyahunun guya gizli səfəri və İsrailin hərbi mövcudluğu ilə bağlı iddiaları təkzib etməsi, Əbu-Dabinin bir tərəfdən İranla açıq qarşıdurmadan yayınmağa, digər tərəfdən isə “İbrahim sazişləri” çərçivəsində İsraillə münasibətləri davam etdirməyə çalışdığını göstərir.

“Körfəz monarxiyaları hazırda balans siyasəti aparır: onlar həm ABŞ və İsraillə strateji əlaqələri qorumağa, həm də İranla birbaşa gərginlikdən uzaq durmağa çalışırlar. Buna görə də İranın sərt bəyanatları qısamüddətli ehtiyatlılıq yarada bilər, bəzi təmasların daha gizli və ya diplomatik formatda aparılmasına səbəb ola bilər. Lakin bu cür açıqlamaların Körfəz ölkələrinin İsraillə yaxınlaşma prosesini dayandıracağı gözlənilmir. Əksinə, regionda təhlükəsizlik riskləri artdıqca bəzi ərəb dövlətləri İsraillə əməkdaşlığı öz müdafiə strategiyalarının bir hissəsi kimi görməyə davam edə bilərlər”, – deyə o əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 May 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri