Icma.az
close
up
RU
İbrahim Taşar: Qərbi Azərbaycandan qovulanların təkcə özləri deyil, ruhları da orada vəhşicəsinə öldürülüb

İbrahim Taşar: Qərbi Azərbaycandan qovulanların təkcə özləri deyil, ruhları da orada vəhşicəsinə öldürülüb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Erməni millətçilərinin təkcə azərbaycanlılara deyil, ümumiyyətlə, türk xalqlarına qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki əsrdən artıq tarixi var. Xalqımıza qarşı aparılan mənfur siyasətin məqsədi isə Azərbaycan türklərini qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti qurmaq olub. Bu məqsədlə mərhələli şəkildə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə Türk dünyasının deyil, bəşəriyyət tarixinin ən qara və ermənilər adına utancverici səhifələridir. Əsrlər boyu davam edən canilik, vandalizm xalqlarımızın qan yaddaşında dərin izlər qoyub. Bəli, biz zaman-zaman bəzi hadisələrin üstündən xətt çəkib, yenidən başlamaq istəmişik. Bu, xalq olaraq bizim humanist ideologiyamızdan irəli gəlir. Lakin bəzi hadisələr var ki, onları unutmaq mümkün deyil, unutsaq əcdadlarımızın ruhu bizi bağışlamaz.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində əslən İrəvan quberniyasının Vedi rayonunun Çığın Qaraqoyunlu kəndindən olan, hazırda isə Türkiyənin Aydın şəhərində yaşayan sabiq məktəb direktoru İbrahim Taşar ifadə edib.

Ermənilərin tarixin fərqli dövrlərində sistemli şəkildə soydaşlarımıza qarşı apardığı etnik təmizləmə, deportasiya və soyqırımlarını xatırladan müsahibimiz deyib: “Öz doğma yurdundan didərgin düşmüş soydaşlarımızın acı fəryadları, üzləşdikləri müsibətlər yaxın tarixin erməni üzqaralıqlarından biridir. Qərbi Azərbaycanımızın gözəl günləri, erməni zülmünün acı xatirələri torpaq həsrətinə dönüb. Ermənilərin bu mənfur siyasəti isə cəzasızlıq səbəbindən illər ötdükcə təkrarlandı, davam etdi ki, bu da vaxtında torpaqlarımıza qarşı iddiaların artması ilə müşayiət olundu. Onlar tarixi saxtalaşdıraraq törətdikləri cinayətlərə don geydirib xalqımızın yaddaşından silməyə də çalışdırlar. Lakin məkrli planları tutmadı. Onilliklər, əsrlər keçsə də biz doğma elimizi əsla unutmadıq. Çünki xalq olaraq biz unutqanlığın bir vaxtdan sonra qarşımıza hansı nəticələr çıxardığını anladıq. Bir xalqın, millətin, cəmiyyətin unutqanlığı yaşadıqlarından daha ağırdır. Fikrimcə, unutdurmaq yaşananları təkrarlamaq üçün ən gözəl vasitədir”.

Ailəsinə aid xatirə dəftərini vərəqləyən İbrahim Taşar nənəsi Tuyqu və babası İsrafilin vaxtilə onlara danışdıqları çox üzücü həyat hekayələrini bizimlə bölüşür: “1915-ci ildə babamın 14, nənəmin isə 13 yaşı olub. Erməni qonşuları oradakı digər türk ailələrlə birlikdə babamın və nənəmin atalarına kəndi təcili tərk etmələrini, burada yaşayan türklərə qarşı qırğınlar hazırlandığını, onların hamısının öldürüləcəyini deyiblər. Onlar elə həmin gecə kəndi tərk edərək Araz çayını keçib İğdıra gəliblər. Lakin qonşuları buna inanmayıb, bir təxribat olduğunu düşünərək kənddə qalıblar. Çox təəssüflər olsun ki, bir gecədə kəndə basqın edən cani ermənilər bir çox ailəni başsız qoyub, qadınlara və qızlara təcavüz ediblər. Qaçanların tutulması üçün isə ermənilər gələn körpə səslərindən istifadə ediblər. Yəni haradan körpə səsi gəlibsə, oraya toplanaraq insanları vəhşicə qətlə yetiriblər. Elə bu səbəbdən də analar qucaqlarındakı körpələri qoyub qaçmağa məcbur olublar. Təsəvvür edirsiniz, bu nə cür vəhşilik, nə cür işgəncədir? Bunu düşünmək belə insana nə qədər böyük ağrı, acı verir. Bir ana digər övladlarını, ailəsini, öz namusunu qorumaq üçün körpəsini, onunla birlikdə öz insanlıq hisslərini, ruhunu, mənəviyyatını orada qoyub gedir. O qadınların bəzilər sağ qalsalar da ruhları orada ölüb. Belə günahsız körpələrdən biri də babamın ən yaxın qonşularının uşağı idi və onlardan bir daha xəbər alınmayıb”.

Aradan bir müddət keçdikdən sonra babasının qardaşının Vediyə qayıtdığını deyən müsahibimiz sözlərinə belə davam edib: “Qayıtdı, amma nə fayda.. Ermənilər türklərin yenidən Vedidə bünövrə qoymasına imkan verər? Geriyə qayıdan bütün türklərin hamısı elə oradaca qətl edilib. O qaçaqaçda babamın bütün qohum-əqrəbası ayrı düşüb. Hər kəs canını qurtarmaq üçün fərqli səmtə üz tutub və doğmalar bir-birindən ayrılıb. Babam son nəfəsinə kimi qohumlarını axtardı. Çox təəssüflər olsun ki, arzuları yarımçıq qaldı”.

Qeyd edək ki, 1915-1918-ci illərdə Vedi rayonunun Çığın Qaraqoyunlu kəndinin əhalisi ermənilər tərəfindən qovulub və Türkiyədən gələn erməni ailələri orada yerləşdirilib. 1922-ci ildən sonra yerli əhalinin bir hissəsi geri qayıdaraq ermənilərlə yaşamağa başlayıb. 1949-cu ildə isə kəndin azərbaycanlı əhalisi Azərbaycana deportasiya edilib.

Kəndin adı XIII-XV əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazın siyasi həyatında mühüm rol oynamış Qaraqoyunlu tayfa birləşməsinin adından irəli gəlir. Mənbələrdə qaraqoyunluların hacılı, ağacəri, bayramlı, əyinli, duhanlı, alpout, qaramanlu, baxarlu və digər tayfalardan ibarət olması göstərilir. XIX əsrdə Cənubi Qafqazda Qaraqoyunlu adlı 16 kənd olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri