Icma.az
close
up
RU
ABŞ və İsrail nəşrləri Azərbaycandan yazır İbrahim sazişləri nə inteqrasiya gözlənilir?

ABŞ və İsrail nəşrləri Azərbaycandan yazır İbrahim sazişləri nə inteqrasiya gözlənilir?

Icma.az, Sfera.az saytına istinadən bildirir.

İsrailin baş nazirinin ofisi martın 5-də Vaşinqtonla üçtərəfli danışıqların fəal olduğunu bəyan edib. Bəyanatda bildirilib ki, Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarında əməkdaşlığı əhatə edən əlaqələri ilə Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir.  

Az keçməmiş, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər etdikdən sonra Bakıya eniş edib. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür. Azərbaycanla İsrail 30 illik münasibətlərini üst səviyyəyə qədər irəlilədiblər, həm də özlərini etibarlı tərəfdaş kimi sübut ediblər.

Maraqlıdır, ABŞ-nin Azərbaycanla münasibətləri inkişaf etdirməkdə marağı “İbrahim Sazişləri” ilə bağlı ola bilərmi? 

Sfera.az bildirir ki, mövzu ilə bağlı açıqlama verən politoloq Aqşin Kərimov deyib ki, Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən ABŞ-nin necə faydalana biləcəyi Donald Tramp administrasiyasının diqqətindədir:

“Daha dəqiq ifadə etsək, Ağ Evin diqqətini Cənubi Qafqaz regionuna yönləndirməkdə İsrail dövləti və yəhudi lobbisinin koordinasiya edilmiş hərəkətləri nəzərə çarpır. İsrail bu əməkdaşlıqda Rusiyanın da rolunu sınamaqda maraqlıdır və bu, Ağ Evlə Kremlin Ukrayna üzərindən sövdələşməsinin miqyasını göstərir. Bu proseslər ABŞ administrasiyasının da regional strateji mənfəətlərinin təminində rol oynayır. Ona görə də ABŞ Azərbaycanla əlaqələrini dərinləşdirmək üçün İsrailin Azərbaycanla yaxın əlaqələrinə əsaslanan istiqamətə doğru gedir”. 

Politoloqun fikrincə, ABŞ və İsrailin Azərbaycan-ABŞ-İsraildən ibarət təhlükəsizlik üçbucağı yaratması niyyəti İranın təsirlərinə qarşı genişlənmiş tərəfdaşlıq qazanmaq niyyətinə söykənir: 

“Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini də nəzərə alsaq, qeyd etdiyimiz tərəfdaşlıq Tehranı kənarda saxlamaq üçün yaxşı vasitə ola bilər. Ancaq Azərbaycan İranla münasibətlərin böhranlı modelini və gərginləşməsini izləməkdən uzaqdır. Azərbaycan üçün regional gərginliklər, əlavə geosiyasi ziddiyyətlər lazım deyil, bununla belə, Ağ Ev və İsrailin İranla əlaqədar masada olan planlarına Bakının müdaxiləsi çətindir. Ancaq regionda İranla əlaqədar yenilənmiş cəbhədə Azərbaycan yer almamaqla öz niyyətinin səmimiliyini də göstərir. Yaxın Şərqdə yorğun düşmüş İran Cənubi Qafqazda da mürəkkəb tənliklərlə üzləşməsini nəzərə alıb Azərbaycanın maraqlarına konstruktiv cavab verməlidir. Onsuz da, İranın regional təsir rıçaqları zəifləyib, bununla belə, onun resurs və potensiallarını yenidən Azərbaycana qarşı cəmləyəcəyi istisna deyil. Bu ssenari Tehran üçün xeyir gətirməyəcək. Çünki İran Azərbaycana qarşı istifadə etdiyi vasitələrdən – proksi müharibədən və Ermənistana dəstəkdən məhrum edilir. Üstəlik, Azərbaycanın müttəfiqi Türkiyə ilə bərabər digər tərəfdaşlıq əlaqələrindəki diapazonu diqqətdə saxlamaq Tehran üçün məqsədəuyğun olardı”. 

A.Kərimov qeyd edib ki, ABŞ və İsrail nəşrləri Azərbaycanın “İbrahim sazişlərinə” inteqrasiyası təşəbbüslərini müzakirə edirlər:

“Lakin Azərbaycan həmin müqavilənin tərəfi deyil və inteqrasiya prosesi texniki olaraq çətinliklər yaratsa da, geosiyasi aspektdən mümkündür. Bu təşəbbüs ABŞ və İsrailin Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya kontekstindəki qiymətləndirmələrinə əsaslanır. Məqsəd ABŞ və İsrailin dəstəyi ilə dəstəklənən çoxtərəfli regional əməkdaşlıq üçün yeni rəsmi platformanın yaradılmasıdır. Azərbaycanın bu razılaşmada iştirakı ona Mərkəzi Asiya, Yaxın Şərqə genişlənmək imkanlarını tanıyır. Bu həm Qafqazı, həm Yaxın Şərqi, həm də Mərkəzi Asiyanı yüksək səviyyəli diplomatik foruma daxil edəcək. Ehtimalla bu kontekstdə Bakının “İbrahim Sazişləri” konfransına ev sahibliyi etməsi təklif olunur”.

Firuzə Əliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Mart 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri