Icma.az
close
up
RU
İbrahim Tatlısəsdən sonra gündəm oldu: azərbaycanlı müğənnilərdən qadağa

İbrahim Tatlısəsdən sonra gündəm oldu: azərbaycanlı müğənnilərdən qadağa

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Sosial şəbəkələrdə türkiyəli müğənni İbrahim Tatlısəsin vəfat xəbərinin yayılması müzakirə obyekti olub. Azərbaycanda da zaman-zaman bəzi məşhurların ölümü barədə yalan informasiyalara rast gəlirik. Təbii olaraq, belə hallar ictimaiyyətdə narahatlıq yaradır.

Belə vəziyyətlərə görə adı hallanan məşhur saxta məlumat yayanları məhkəməyə verə bilərmi? Yaxud barəsində yayılan informasiyalarla bağlı şəxsi qadağalar qoyması mümkündürmü? Bu məsələlər qanunvericilikdə hansı formada tənzimlənir?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, bu cür məlumatlar təkcə etik pozuntu deyil, həm də qanunvericiliklə müəyyən olunmuş məsuliyyət yaradır:

“Konstitusiyanın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə sirri, eləcə də özəl həyatına hörmət hüququ var. Onun razılığı olmadan şəxsi həyatı barədə məlumatın toplanması və yayılması qadağandır. Əgər bir şəxs barədə həqiqətə uyğun olmayan, xüsusən də “vəfat edib”, “ağır vəziyyətdədir” kimi xəbərlər yayılırsa, bu, şəxsi toxunulmazlığa, şərəf və ləyaqətə zərbə vurur. Belə hallarda məhkəməyə müraciət edərək həm təkzib, həm də mənəvi zərərin ödənilməsini tələb etmək mümkündür. Mülki Məcəllənin 23-cü maddəsi fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsini təmin edir. Əgər məlumat yalan və böhtan xarakterlidirsə, məhkəmə qaydasında məsuliyyət tətbiq olunur”.

Ellada Bayramova

Hüquqşünas bildirib ki, bu cür hallarda məsələ təkcə mülki deyil, həm də cinayət hüququ müstəvisində qiymətləndirilir:

“Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, şəxsin şərəf və ləyaqətini alçaltmaq məqsədilə yalan məlumatın yayılması cinayət hesab olunur. 148-ci maddəyə görə isə təhqir, yəni şəxsi ictimai formada alçaltmaq, cinayət məsuliyyəti yaradır. Sosial şəbəkələrdə məqsədli şəkildə yalan məlumat yayan şəxslər, xüsusilə də bu xəbərlər ictimai rezonans doğurursa, böhtan və təhqir tərkibli əməllərə görə cəzalandırıla bilərlər. Çünki azad söz dezinformasiya demək deyil. Yalan ölüm xəbərləri şəxsin nüfuzuna, ailə münasibətlərinə, psixoloji durumuna və ictimai imicinə ciddi zərbə vurur”.

Ellada Bayramova qeyd edib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-cü maddəsinə əsasən, yayılan məlumatlar dəqiq, qərəzsiz və qanunauyğun olmalıdır:

“Media haqqında” Qanunun 14 və 15-ci maddələri isə media subyektlərinin, sosial şəbəkə yayıcılarının informasiya dəqiqliyinə görə cavabdeh olduğunu müəyyən edir. “Şəxsin səhhəti və həyatı ilə bağlı məlumatlar yalnız rəsmi mənbələrdən təsdiq aldıqdan sonra yayıla bilər. Əks halda, bu, həm etik, həm də hüquqi pozuntu sayılır. Belə hallarla üzləşən şəxs mülki iddia qaldıraraq mənəvi zərərin ödənilməsini tələb edə, məlumatın təkzibini və ya silinməsini istəyə, eləcə də böhtan, yaxud təhqir faktı üzrə prokurorluğa müraciət edə bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri