Icma.az
close
up
RU
İbtidai cəmiyyətin daş düşərgəsi

İbtidai cəmiyyətin daş düşərgəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Buzeyir mağaraları ulu əcdadlarımızın silinməz nişanələrini yaşadır

Lerik–Zuvand avtomobil yolunun 9-cu kilometrliyində “dağlar qapısı”nın əsrarəngiz, füsunkar mənzərəsi açılır. Sanki, yeni, sehirli, möcüzə dolu əfsanəvi aləmə düşürsən. Aşağıda zümzümə ilə axan Zuvandçayın həzin nəğmələri eşidilir, yolun yuxarı hissəsində isə iri, nəhəng daşları qucağına alımış Talış dağlarının yüksək zirvəsi başlanır.

Göylərə ucalan bu zirvələr tamamilə çılpaqdır. Çökəkliklərdə isə yaşıllıqlar, seyrək meşəliklər göz oxşayır. Əzəmətli, möhtəşəm dağların əlçatmaz sıldırımlı qoynunda, Zuvand çayından 350-450 metr, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə yurdumuzun ilk insan məskənlərindən biri –təbiət abidələri olan Buzeyir mağaraları yerləşir.

Təbiət tarixə şahidlik edir

Naxçıvanda Qazma, Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Qazaxda Daşsalahlı, Damcılı kimi Lerikin Buzeyir mağaraları da Azərbaycan ərazisində ilk ibtidai insanların 1,7-1,8 milyon il bizdən əvvəl yaşadıqlarını müəyyən edib. Haqqında ilk dəfə orta məktəbin tarix dərsliyində, “Azərbaycan tarixi” çoxcildliyində məlumat aldığımız Buzeyir mağaralarında hələ paleolit dövründə insanların yaşadığı göstərilib .

1985-ci ildə Azərbaycanın görkəmli arxeoloq, paleontoloq və tarixçi alimlərindən Məmmədəli Hüseynov və Əsədulla Cəfərov mağarada ilk dəfə arxeoloji kəşfiyyat işləri aparıblar. Burada mustye dövrünə aid daş alətlər və heyvan sümükləri aşkar edilərək 5 təbəqə qeydə alınıb.

Sonralar Azərbaycan arxeoloqu, AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Daş dövrü arxeologiyası" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun rəhbərliyi ilə Buzeyir mağarasında geniş sahədə arxeoloji tədqiqatlar aparılaraq 6 təbəqə müəyyənləşdirilib.

Görkəmli arxeoloq, paleontoloq alimin dediyinə görə, Lerik tarixi keçmişi, zəngin maddi-mədəniyyət abidələri ilə zaman-zaman tarixçilərin, tədqiqatçıların, səyyahların diqqətini cəlb edib. 1890-cı ildə fransız arxeoloqlar Jak-de Morqan qardaşları Lerikdə ilk dəfə kəşfiyyat qazıntıları apararaq bu yerləri arxeoloji cənnətə bənzədiblər. Əldə etdikləri maddi-mədəniyyət nümunələrini özləri ilə aparıb Parisin məşhur muzeylərindən birinə təhvil veriblər.

2001-2005-ci illərdə professor Əsədulla Cəfərov Avropa alimləri ilə Buzeyir mağarasında tədqiqatlarını davam etdirərək tunc və dəmir dövründə hazırlanmış qılınc və qalxanlar, kəsici alətlər, 63 ədəd daş məmulatı, heyvan sümükləri aşkarlayıb. Bu arxeoloji materiallar zəngin mənbə sayılmaqla ibtidai icma dövrünün tədqiqi üçün müstəsna elmi əhəmiyyətə malikdir.

“Buzeyir mağaralar kəndi” kimi tanınan ərazidə 40-a yaxın irili-xırdalı təbiət abidəsi var. Mağaralardan birinin uzunluğu 17 metr, eni 8 metr, hündürlüyü isə 2,5 metrə çatır. Mağaranın ön hissəsində bir neçə iri qaya daşı var. Qədim zamanlarda mağara daha böyük olmuşdur. Burada qazılmış torpaq çöküntüsünün qalınlığı 3 metrə yaxındır.

Ta qədimdən yerli əhali bu mağaraları hilidoy koç (hilidoy mağarası), ovi koç (su mağarası), kafteyə koç (göyərçin mağarası), cıni koç (cin mağarası), təblənonci koç (təblənonc mağarası), sinoy koç (sinədaşı mağarası), Məmmədəli koç (Məmmədəli mağarası) və Bəzz qalası adlandırıb.

“Buzeyir mağaralar kəndi” paleolit düşərgəsi kimi Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə 1500 inventar nömrəsilə qeydiyyata alınıb.

Keçmişdən gələcəyə pəncərə açılıb

Mağaralar çətin, mürəkkəb relyefə malik sıldırım qayalarda yerləşdiyindən və əraziyə yol olmadığından yerli sakinlər və turistlər üçün həmişə əlçatmaz olub. 2024-cü ilin dekabr ayında bir qrup yerli ziyalının təşəbbüsü ilə Lerikin İnkişafına Dəstək Qrupu yaradılıb və xeyirxah, nəcib missiyanı üzərinə götürüb. Rayonun kəndlərinə yolların çəkilməsində, körpülərin salınmasında, abadlıq, quruculuq işlərinin görülməsində, gənclərin təhsilində və digər xeyriyyə işlərində yaxından iştirak edir.

Qrupun rəhbəri Lerikdən Milli Məclisə üzv seçilmiş, tarix elmləri doktoru Vasif Qafarovdur. Bu xeyirxah işə rayonun 165 nəfər tanınmış ziyalısı, iş adamı, xeyriyyəçisi qoşulub. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, qrup üzvləri, yerli sakinlər də dəstəklərini əsirgəməyiblər. Vasif müəllim deyir ki, Buzeyir mağaraları qədim tariximiz, mədəni sərvətimizdir. Azıx mağarsından sonra ulu tariximizi təsdiqləyən möcüzəli, heyrət doğuran əsrarəngiz məkandır. Belə sərvətimiz ola-ola, onu niyə abadlaşdırıb turizm marşrutuna çevirməyək?!

Elə bu məqsədlə keçən ilin iyul ayında təməlqoyma mərasimi keçirilib. “Buzeyir mağaralar kəndi”nə piyada yol və cığırların, turist dayanacaq mətəqələrinin tikintisinə start verilib.

Layihənin müəllifi və rəhbəri Lerikin Çayrud kəndində dünyaya göz açmış, həyatının 40 ilini tikinti və memarlığa həsr etmiş, Bakıda, Qarabağda və respublikamızın digər regionlarında möhtəşəm binaların memarı və inşaat işlərinin rəhbəri, əməkdar mühəndis, inşaat mühəndisliyi üzrə fəlsəfə doktoru Hacı Övsət Həmidovdur. Onunla “Buzeyir mağaralar kəndi”ndə iş başında söhbət etdik. Bildirdi ki, layihənin məqsədi bütün mağaralara piyada yolların çəkilməsi, turistlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin edilməsi, lazımi infrastrukturun qurulmasıdır. Birinci mərhələdə Hilidoy, Göyərçin və Cin mağaralarına əsas və alternativ yolların çəkilməsi nəzərdə tutulub. Artıq işlərin müəyyən hissəsi görülüb. Göyərçin mağarasına kimi istinad divarları hörülüb, meydançalara beton tökülüb, pilləkənlər inşa edilib. Yaxın günlərdə Cin mağarasına qədər yol çəkiləcək.

İkinci mərhələdə Dəlikli daş, Məmmədəli və digər mağaralara, Bəzz qalasına kimi piyada yol və turistlər üçün dayaq məntəqələri inşa ediləcək. Ümumi uzunluğu 3 kilometr olan yolun artıq 450 metri hazırdır. Düşünürəm ki, layihənin gerçəkləşməsi Lerikdə turizmin inkişafına, bu səfalı dağların qoynundakı çəmənliklərdə yaylaq festivallarının keçirilməsinə, yerli əhalinin məşğulluğunun təmin edilməsinə dəyərli töhfələr verəcək.

Tikinti işlərinə Buzeyir kənd sakini, 44 günlük Vətən müharibəsi iştirakçısı Babək Əliyev rəhbərlik edir. O, işlərin sürətlə görüldüyünü vurğuladı: “Buranın çox çətin relyefi var. Sıldırımlar üzərində cığır açır, yol çəkirik. Aşağıdan Zuvand ərazisinə avtomobil yolu keçir. Kiçik bir səhv, ehtiyatsızlıq üzündən iri daşlar sürüşüb yola çıxa, ağır fəsadlar törədə bilər. Ona görə təcrübəli, işgüzar adamları işə cəlb etmişik. Usta Baladdin Cəfərov, qaynaqçılardan Səddam Xamiyev, Müqəddəs Umudəliyev, fəhlələrdən Ayəddin Cəfərov, Fəqan Kəlbiyev tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Hazırda ikinci və üçüncü meydançalarda işlər davam edir. Cin mağarası istiqamətində ən çətin aşırımda dəmir pilləkənlər qoyulub. İnanıram ki, yaxın vaxtlarda doğma kəndimiz turizm marşrutuna daxil ediləcək və kəndimiz dünyada tanınacaq.”

Lerikin İnkişafına Dəstək Qrupunun yaradıcılarından biri, işçi qrupunun rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Arzuman Muradlı dedi ki, bir ildən artıqdır burada qızğın iş gedir. Çox sevinirəm ki, adını tarix kitablarında oxuduğumuz Buzeyir mağaraları əsil qiymətini alır. Yol çəkiləndən sonra əcdadlarımızın yaşadığı bu yerlərə turist axını başlayacaq, respublikamızın və dünyanın tanınmış arxeoloqları burada çox rahat şəkildə qazıntı, kəşfiyyat, tədqiqat işləri aparacaqlar.

Qrupun fəal üzvü Ehtiram Miriyev tikintiyə tez-tez baş çəkir, maddi-mənəvi dəstəyini əsirgəmir. “Buzeyirdə keçmişdən gələcəyə yol açırıq. Əvvəllər turistlər bura qalxa bilmir, ətrafı uzaqdan seyr edirdilər. İndi isə yol çəkirik ki, ulularımızın yaşadıqları bu əzəmətli yerləri gəlib görsünlər, - deyə qürurla bildirir.

Qrupun digər üzvü Eldost Ağaverdiyev həm də maraqlı həmsöhbətdir. Bu qayanın arxasında Cin mağarası yerləşir, - deyə əli ilə sıldırım qayanı göstərir. Vaxtilə ata-babalarımız məşəllə mağaraya daxil olublar, lakin oksigen çatışmadığından sönüb. Çox qaranlıq olduğundan və içəridə məşəl yanmadığından buranı Cin mağarası adlandırıblar. Yaxın günlərdə buraya yolun çəkilişi başa çatacaq. Layihənin gerçəkləşməsi dağ turizmi, piyada yürüşlərin, paraşüt yarışlarının keçirilməsi üçün geniş imkanlar açacaq.

Buzeyir mağaraları tariximizin yeni bir səhifəsidir. Lerikdən, Azərbaycana və oradan da dünyaya açılan pəncərə,əsrlərin silə bimədiyi daş yaddaşımızdır.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2026 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri