Icma.az
close
up
RU
ICAO: AZAL a məxsus təyyarənin qəzasının araşdırılmasına dair ilkin hesabatı yüksək qiymətləndiririk KONKRET

ICAO: AZAL a məxsus təyyarənin qəzasının araşdırılmasına dair ilkin hesabatı yüksək qiymətləndiririk KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev ICAO-nun Avropa və Şimali Atlantika bürosunun direktoru Nikola Rallo ilə görüşüb. Görüş zamanı o, Təşkilata “Azerbaijan Airlines”ə məxsus təyyarənin qəzaya uğradığı yerə müstəqil ekspert Tormodur Tormodssonu vaxtında göndərdiyinə görə təşəkkür edib.

KONKRET.az bildirir ki, bu barədə “Report” “Kazinform”a istinadən xəbər verir.

“Hökumət adından bizə göstərilən daimi dəstəyə görə şəxsən sizə səmimi minnətdarlığımızı bildiririk. Bu araşdırmanın tam başa çatdırılması məqsədilə biz ICAO ilə əməkdaşlığı davam etdirəcəyik”, – K.Bozumbayev bildirib.

Baş nazirin müavini qeyd edib ki, təyyarənin qəzaya uğramasının ilk günlərindən Qazaxıstan bu qəzanın obyektiv və hərtərəfli araşdırılmasına yönəlib.

Öz növbəsində N.Rallo Qazaxıstan tərəfindən qısa müddətdə aparılan və dərc edilən “Azerbaijan Airlines”ə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatını yüksək qiymətləndirib.

“Qəzadan sonra 1,5 aydan az müddətdə bu ilkin hesabatı tamamlamağa imkan verən səylərinə görə Qazaxıstanı və araşdırma üzrə bütün Komissiyaya təşəkkür etmək istəyirəm. Mən sizi araşdırma prosesi boyunca Beynəlxalq Mülki Aviasiya Konvensiyasına tam riayəti davam etdirməyə çağırıram”, – N.Rallo bildirib.

Qeyd edək ki, AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Mart 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri