Icma.az
close
up
RU
ICAO Rusiyanın Boing təqsirini təsdiqlədi: Növbəti AZAL ın təyyarəsi ola bilər

ICAO Rusiyanın Boing təqsirini təsdiqlədi: Növbəti AZAL ın təyyarəsi ola bilər

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində baş verən MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını tanıyıb. ICAO Şurasının qənaətincə, Rusiya öz hərəkətləri ilə beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəanı pozub. Yaxın həftələrdə də Rusiyanın zərəri necə ödəməli olduğu məsələsi nəzərdən keçiriləcək.

Məlumat üçün bildirək ki, Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında Avstraliya və Niderland təqdim ediblər. Onların vətəndaşları təyyarə qəzasında həlak olanların əksəriyyətini təşkil etdiyi üçün bu iddia ilə çıxış etmişdilər. Rusiyanın bu iddiaya münasibətinə gəldikdə, 2024-cü ilin iyununda ICAO-nun səlahiyyətini tanımadığı üçün şikayətin baxılmasında iştirakını dayandırıb. Avstraliya, Belçika, Malayziya, Niderland və Ukrayna nümayəndələrindən ibarət beynəlxalq istintaq qrupu belə nəticəyə gəlib ki, təyyarə separatçılar tərəfindən Rusiyadan bir müddət əvvəl gətirilmiş "Buk" zenit-raket kompleksindən vurulub.

Niderlanddakı məhkəmə qondarma Donetsk Xalq Respublikasının keçmiş "müdafiə naziri" İqor Strelkovu və daha iki nəfəri təyyarənin qəsdən məhv edilməsi və qəsdən adamöldürmə ittihamları ilə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. İşdə adı keçən daha bir şəxs bəraət alıb.

"Biz Rusiyanı nəhayət bu dəhşətli zorakılıq aktına görə məsuliyyətini tanımağa və öz qəbuledilməz davranışına görə zərəri ödəməyə çağırırıq", - Avstraliya xarici işlər naziri Penni Vonqun bəyanatında deyilir. Onun niderlandlı həmkarı Kaspar Veldkamp isə bildirib ki, ICAO-nun qərarı beynəlxalq ictimaiyyətə aydın bir siqnaldır ki, dövlətlər beynəlxalq hüququ cəzasız poza bilməzlər.

"ICAO Şurasının MH17 işi üzrə qərarı Rusiyanı məsuliyyətə cəlb etmək üçün daha bir mühüm addımdır", - ICAO-dakı nümayəndə olan Ukraynanın Kanadadakı səfiri Yuliya Kovaliv "Avropa Həqiqəti"nə bildirib.

Qeyd edək ki, "Malaysia Airlines"a məxsus "Boeing 777" təyyarəsi 2014-cü ilin iyulunda Donbas üzərində vurulub. Nəticədə 298 nəfər həlak olub. Bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir.

Göründüyü kimi, Beynəlxalq Mülki Aviasiya Təşkilatı qəzadan 11 il sonra müvafiq qərar qəbul edib və məsuliyyət daşıyan tərəfin Rusiya olduğunu üzə çıxarıb. Rusiya bu illər ərzində dəfələrlə çoxsaylı insan ölümünə gətirib çıxarmış qəza ilə bağlı məsuliyyəti öz üzərindən atmağa çalışsa da, səyləri nəticəsiz qalıb. Müvafiq ekspertizanın nəticəsi ortadadır və bütün faktlar da təyyarənin onun tərəfindən vurulduğunu üzə çıxarıb. Rusiya məsuliyyəti öz üzərinə götürməli, üzr istəməli, həlak olanların ailələrinə kompensasiya ödəməlidir. Əks təqdirdə, onsuz da, sanksiyalar içində çapalayan ölkə yeni qadağalarla üzləşə bilər.

Beləliklə, Avstraliya və Niderlandın qaldırdığı iddia ədalətli həllini tapıb və Rusiyanın məsuliyyət daşıdığını təsdiqləyib. Bu yerdə yada AZAL-a məxsus təyyarənin Rusiya ərazisində raketlə vurulması düşür. Hadisənin üstündən altı ay keçsə də, Rusiya tərəfi laqeydlik, susqunluq nümayiş etdirir, istintaq orqanları isə ictimaiyyətə qaneedici bir məlumat təqdim etmir. Rusiya tərəfi, həmişə olduğu kimi, yenə də klassik taktikasından istifadə etməyə çalışır - prosesi süni şəkildə uzadır, cavabdehləri gizlədir.

Yayılan məlumatlara görə, Azərbaycan hüquq-mühafizə orqanları bu müddət ərzində Rusiya tərəfi ilə mütəmadi əlaqə saxlayıb. Hər ay məsələ ilə bağlı sorğular göndərilir, məlumat istənilir, istintaqla əməkdaşlıq təklif olunur. Amma cavab yoxdur.

Əsas məsələ hazırda odur ki, bu cinayətin hüquqi və siyasi cavabdehliyi aydın şəkildə müəyyən edilsin. Əgər Rusiya öz daxilində bu məsuliyyəti daşıyan şəxsləri istintaqa cəlb etmək niyyətində deyilsə, o zaman Azərbaycan ICAO-ya şikayət etmək hüququnu özündə saxlayır.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğrayan zamanı təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla üç ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və dörd nəfərin meyiti gətirilib. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Prezident İlham Əliyev dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki, "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalıb.

2025-ci il mayın 5-də xarici işlər naziri Ceyhun Bayramov AZAL-ın təyyarəsinin vurulması ilə bağlı şərhində bildirib ki, rəsmi Bakı Rusiyanın istintaqının başa çatmasını gözləyir. Bildirib ki, AZAL-ın təyyarəsinin vurulması məsələsi hər zaman gündəliyimizdədir: "Biz bu məsələni Rusiya tərəfi ilə bütün təmaslarımız zamanı qaldırırıq".

Qarşı tərəfin Azərbaycana verdiyi izahat ondan ibarətdir ki, hazırda Rusiyada istintaq tədbirləri davam edir. Bildirirlər ki, istintaq tədbirləri başa çatdıqdan sonra daha detallı məlumatlar təqdim edəcəklər. Lakin ortada heç bir irəliləyiş yoxdur.

Qəzadan sonra Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayevin səsləndirdiyi fikirlər maraqlı idi. O deyib ki, ölkəsi qəzaya uğrayan təyyarə ilə bağlı obyektiv və şəffaf araşdırmanın tərəfdarıdır. "Gizlədəcək heç nəyimiz yoxdur, biz obyektiv və şəffaf istintaqın tərəfdarıyıq", - deyə o bildirib. D.Abayev qeyd edib ki, araşdırma ICAO-nın bütün standartlarına uyğun aparılır. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Braziliya araşdırmada iştirak etmək üçün səlahiyyətli nümayəndələr təyin ediblər:

"Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc olunmuş hesabatı ilkin xarakter daşıyır. Nazirliyin məlumatına görə, yekun hesabat 2025-ci ilin dekabrına qədər dərc oluna bilər. Yeri gəlmişkən, ICAO ilkin hesabatın səviyyəsini və keyfiyyətini yüksək qiymətləndirib, məlumatın təfərrüatlı və dolğunluğunu qeyd edib".

Qeyd edək ki, ilkin hesabatda göstərilib ki, sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılığı ilə əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Təyyarə Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Müəyyən olunub ki, təyyarəyə kənardan müdaxilə edilib. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması bu faktı təsdiqləyir. Həmin faktların fotosu, həmçinin videoları da qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

ICAO, Çikaqo Konvensiyasına əsasən, ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən bir il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstanı və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılıb.

Beləliklə, ICAO Rusiyanın 2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində baş verən MH17 reysi qəzasında məsuliyyət daşıdığını tanıdı və baş verən faciədə onun məsuliyyət daşıdığı təsdiqləndi. Və indi Rusiya bundan nəticə çıxarmalıdır. AZAL təyyarəsinin Qroznıda Rusiyanın Hərbi Hava Müdafiə qüvvələrinin məsuliyyətsizliyi və mülki aviasiya ilə koordinasiyalı fəaliyyət göstərməməsi nəticəsində vurulduğu məsuliyyətini üzərinə götürməlidir. Onsuz da, bütün faktlar bunu təsdiq edir. Rusiya növbəti dəfə beynəlxalq qurumlar, konkret olaraq ICAO tərəfindən təqsiri elan edilmədən özü məsuliyyətini dərk etməli və üzrxahlıqla çıxış etməlidir. Azərbaycan tərəfi ən yüksək səviyyədə - Prezident səviyyəsində mövqeyini bəyan edib. İlham Əliyev çıxışında "təyyarəmizin qəzaya uğramasının bütün məsuliyyəti Rusiyanın müvafiq dövlət orqanları üzərinə düşür" bildirib.

Ümid etmək olar ki, Rusiya rəhbərliyi üstündən altı ay keçdikdən sonra nəhayət bütün məsuliyyəti öz üzərinə götürəcək və beynəlxalq normalar çərçivəsində müvafiq addımlar atacaq.

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see173

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see152

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see151

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see147

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see147

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see141

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see140

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see138

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see135

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see126

Qubada ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı

27 Sentyabr 2025 01:21see123

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see121

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see121

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see120

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see119

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri