Icma.az
close
up
RU
İcarə müqaviləsi hansı halda ləğv edilir

İcarə müqaviləsi hansı halda ləğv edilir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin müəyyən edən daha bir qərar verib.

Bu barədə Modern.az-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

İşin hallarına görə iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə bağladığı 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv olunmasını, həmin müqavilədən irəli gələn borc məbləğlərinin tutulmasını, icarə obyektinin boşaldılaraq ona təhvil verməsini xahiş edib.

Birinci instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə işin icraatına xitam verib, digər tələblərə mahiyyəti üzrə baxaraq onları qismən təmin edib. Məhkəmə icraata xitamvermə barədə mövqeyini belə əsaslandırıb ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi birtərəfli iradə ifadəsi ilə məhkəmədənkənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab olunur və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəf 2022-ci il 5 dekabr tarixində cavabdehə iradə ifadəsini bildirmiş olduğundan qeyd edilən hissədə iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən cavabdeh MMC əleyhinə yaranmış hüquqi vəziyyətə (ləğv faktının tanınmasına) görə məhkəmə aktından şikayət verib, lakin apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb.

Ali Məhkəmənin Kommersiya kollegiyası isə hesab edib ki, məhkəmələr tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmayıb. Belə ki, hər iki instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə icraata xitam verilməsini MPM-in 261.0.1-ci maddəsi ilə əsaslandırıblar. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, bu müddəa tərəflər arasında, ümumiyyətlə, mübahisənin olmamasını və ya iddiaçının xahişinə məhkəmədənkənar bir orqanda, yaxud mövcud mübahisəyə mülki mühakimə icraatı qaydasında deyil, başqa (inzibati, cinayət və s.) məhkəmə icraatında baxılmalı olmasını ehtiva edir. Bu səbəbdən qanunda nəzərdə tutulub ki, məhkəmə həmin əsaslar üzrə icraata xitam verərsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərib, cavabdeh MMC isə razılaşmanın ləğvinə əsasların olmadığını ifadə edib. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşib-gerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhkəmənin vəzifəsidir.

Birinci instansiya məhkəməsinin müqavilənin ləğvi üçün yalnız bildirişin göndərilməsini həlledici (kifayətedici) fakt kimi qəbul etməsi cavabdeh MMC-də belə təəssürat yaradıb ki, müqavilənin ləğvi artıq baş tutmuş hüquqi fakt kimi məhkəmə tərəfindən tanınıb. Elə bu səbəbdən hazırkı işdə iddia tələbinə xitam verilməsinə dair qərardaddan iddiaçı deyil, cavabdeh şikayət verib.

Müqavilənin ləğvi məsələsinə icarə obyektinin boşaldılması tələbinə mahiyyəti üzrə baxılacağı zaman qiymət veriləcəyini qeyd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, birinci instansiya məhkəməsinin qərardadı qüvvəyə mindikdə müqavilənin ləğvinin yenidən müzakirə edilməsinin və ona hüquqi qiymət verilməsinin prosessual baxımdan mümkünlüyü ciddi sual doğuracaq. Digər tərəfdən qətnamədə müqavilənin ləğv edilmədiyi müəyyən olunacağı halda məhkəmə aktları arasında ziddiyyətin meydana gəlməsi istisna edilmir.

Müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədən kənar ləğvinin mümkün sayılması bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox hallarda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir.

Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş verib-vermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur. Məsələn, “əqdin əhəmiyyətsiz sayılması və əşyanın qaytarılması”, “payın müəyyən olunması və ayrılması” kimi iddialara baxılarkən məhkəmə, əvvəlcə tələbin birinci hissəsinə münasibətdə məhz təsbit mahiyyətində qərar verir, ardınca nəticənin tətbiqinə dair ikinci tələbi həll edir. Bu kimi hallarda birinci tələbin mütləq qaydada iddia ərizəsində müstəqil bir tələb kimi göstərilməsi məcburi deyil. Yəni, məhkəmə nəticəyə yönəlik (məsələn, icarə obyektinin boşaldılması, əşyanın qaytarılması və s.) tələbi düzgün həll etmək üçün, ilk növbədə, bunun əsasında duran hüquqi faktı (məsələn, müqavilənin ləğv və ya etibarsız olub-olmamasını) tərəflər irəli sürməsələr də təsbit etməlidir. Lakin bu hal ona əsas vermir ki, mübahisəli hüquqi hadisənin təsbiti barədə tələbə məhkəmədə baxılmadan xitam versin. Hətta əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa, əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Odur ki, tərəflərdən hər hansı birinin mənafeyi baxımından təsbit ehtiyacı yaranan halda “müqavilənin ləğv edilməsi” tələbinə məhkəmədə baxılmalı olmamasına görə xitam verilməsi yuxarıda göstərilən hüquqi mövqelərə uyğun yanaşma hesab edilə bilməz.

Məhkəmə təcrübəsindən məlum olduğu kimi, iddia ərizələrində mübahisəli hüquqi hadisənin təsbiti və onun nəticəsinin tətbiqi barədə tələblərin həm birlikdə (məsələn, müqavilənin etibarsız sayılması və əşyanın qaytarılması), həm də onlardan yalnız biri (misal üçün, müqavilənin etibarsız sayılması və ya əşyanın qaytarılması) göstərilməklə irəli sürülməsi hallarına rast gəlinir. Belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir. Bu məqsədlə məhkəmə qeyri-müəyyənlikləri (tələb başa düşülən tərzdə ifadə olunmadıqda, ərizədə nəticəyə yönəlik tələb əks olunmadan yalnız təsbit iddiası göstərildikdə və s.) MPM-in 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, vahid bir mübahisəni təşkil edən və tərəflər arasındakı fikir ayrılığına görə məhz məhkəmə tərəfindən təsbit edilməli olan bir halın işdən ayrılaraq ona xitam verilməsi, analoji işlər üzrə məhkəmə qərardadından çoxsaylı şikayət icraatlarının da açılmasına səbəb olur. Bu isə qanuni əsas və zərurət olmadan həm işlərə baxılması müddətinin uzanması, habelə məhkəmələrin iş yükünün süni şəkildə artması ilə nəticələnə bilər.

Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara alıb ki, kassasiya şikayəti təmin edilsin. Apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:930
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Mart 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see268

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see240

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see239

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see233

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see230

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see223

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see222

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see221

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see204

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see201

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see200

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see197

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see196

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see195

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see189

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see177

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri