Icma.az
close
up
RU
İcbari tibbi sığorta DSMF nin nəzdinə VERİLƏ BİLƏR KONKRET

İcbari tibbi sığorta DSMF nin nəzdinə VERİLƏ BİLƏR KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda icbari tibbi sığorta sisteminin idarəetmə modelində dəyişiklik edilə biləcəyi barədə müzakirələr aparılır. 

KONKRET.az xəbər verir ki, etibarlı mənbələrdən Sfera.az-a verilən məlumatlara görə, gələcəkdə icbari tibbi sığorta qurumunun Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdinə verilməsi məsələsi gündəmdədir.

Məlumata əsasən, bu addım sığorta sisteminin daha mərkəzləşdirilmiş şəkildə idarə olunmasına xidmət edə bilər. Bildirilir ki, dünyada da analoji təcrübə mövcuddur və bir sıra ölkələrdə sosial və tibbi sığorta mexanizmləri eyni sistem daxilində idarə olunur. Bu model maliyyə axınlarının koordinasiyasını asanlaşdırmaq, sığorta fondlarının fəaliyyətini vahid mexanizm altında toplamaq məqsədi daşıyır.

Hazırda Azərbaycanda icbari tibbi sığorta sistemi dövlət səviyyəsində tətbiq olunur və əhalinin tibbi xidmətlərə çıxışını təmin edən əsas mexanizmlərdən biridir. Sistem çərçivəsində vətəndaşlara geniş “Xidmətlər Zərfi” təqdim olunur və bu paketə daxil olan tibbi xidmətlərin siyahısı vaxtaşırı genişləndirilir.

Mənbələrin sözlərinə görə, planlaşdırılan struktur dəyişiklikləri həyata keçirilərsə, icbari tibbi sığortanın idarəetməsində müşahidə şurası modeli tətbiq oluna bilər. Ehtimal olunur ki, bu qurumun müşahidə şurasının sədri səhiyyə naziri olacaq.

Digər tərəfdən, səhiyyə sisteminin idarə olunmasında mühüm rol oynayan TƏBİB də icbari tibbi sığorta mexanizmi ilə sıx bağlı fəaliyyət göstərdiyi üçün yeni struktur dəyişiklikləri həmin quruma da təsir edə bilər. Bildirilir ki, icbari tibbi sığorta DSMF-nin nəzdinə veriləcəyi halda TƏBİB rəhbərliyinin təyinat mexanizmində də dəyişiklik mümkündür.

İlkin müzakirələrə görə, gələcəkdə TƏBİB sədrinin namizədliyi DSMF tərəfindən təqdim edilə, son qərar isə Səhiyyə naziri tərəfindən təsdiq edilə bilər. Bu isə səhiyyə və sosial sığorta sisteminin idarə olunmasında koordinasiyanın gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir.

Qeyd edək ki, hazırda bu məsələ ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin sosial və tibbi sığorta mexanizmlərinin bir sistemdə cəmləşdirilməsi idarəetmənin daha səmərəli qurulmasına və maliyyə resurslarının daha effektiv bölüşdürülməsinə imkan yarada bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Mart 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri