İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə olunan sərbəst maliyyə vəsaitlərinin investisiyası ilə bağlı qanunvericilik tələblərini pozduğu müəyyən edilib.
Tribunainfo.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin sonuna investisiya edilmiş vəsaitin məbləği 462 milyon manat təşkil edib, 2023-cü ildə bu, 814 milyon manat artaraq 1 milyard 276,4 milyon manat, 2024-cü ildə isə 175,3 milyon manat artaraq 1 milyard 451,7 milyon manat olub. Agentliyin investisiya fəliyyətini tənzimləyən hüquqi aktın tələbinə bəzi hallarda tam əməl etməməsi 31.12.2024-cü tarixə depozitlər cəmi investisiya edilmiş sərbəst maliyyə vəsaiti payının hüquqi aktlarla müəyyən edilmiş həddən çox olmasına gətirib çıxardıb.
Dövlət büdcəsindən səhiyyə sahəsində proqram və tədbirlərə ayrılmış vəsaitin bir hissəsi, bəziləri üzrə isə böyük hissəsi və ya tam məbləğdə həmin ildə icra olunmasa da, Agentliyin geri qaytarması səbəbindən bu vəsaitlər düzgün olmayaraq qalıq məbləğinə daxil edilmiş və investisiya fəaliyyəti çərçivəsində istifadə olunub.
Əks-repo əməliyyatlarının daha uzun müddətə həyata keçirilməsi daha əlverişli investisiya alətlərinin geniş istifadəsini məhdudlaşdırmaqla 2023-cü ildə investisiya fəaliyyətindən əldə edilmiş xalis mənfəətin 2024-cü illə müqayisədə 2 dəfədən az olmasına təsir göstərib, hər iki ildə investisiya gəlirlərinin mühasibat uçotunda düzgün əks etdirilməməsi maliyyə hesabatlarının tərtib edilməməsi fonunda bu hesabatlarda təhriflərin formalaşmasında riskləri formalaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 30 İyul 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















