“İcbari tibbi sığorta vətəndaşın sağlamlığına çıxışı təmin edən əsas sosial mexanizmdir”
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
“İcbari tibbi sığorta sistemi ölkədə tibbi xidmətlərə çıxışı təmin edən sosial təminat mexanizmi kimi fəaliyyət göstərir. İxtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşların daha geniş spektrdə tibbi yardımdan yararlanmasına imkan verir. Əsas məqsəd yalnız xidmət çeşidini artırmaq deyil, həm də bu xidmətlərin ölkə üzrə bərabər şəkildə əlçatanlığını təmin etməkdir. İcbari tibbi sığorta təkcə maliyyə mexanizmi deyil. Sığorta vətəndaşın sağlamlığının qorunmasında onun yanında olan və tibbi yardıma çıxışı təmin edən sistemdir. Bu gün sığorta mexanizmi tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafına və ən əsası vətəndaşın vaxtında, əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır". SİA xəbər verir ki, bu fikirləri Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli səsləndirib.Hikmət İbrahimli çıxışında həmçinin vurğulayıb ki, icbari tibbi sığortanın əsas məqsədi vətəndaşların sağlamlıq hüquqlarının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ölkə üzrə bərabər paylanmasının təmin edilməsidir. O bildirib ki, sığorta mexanizmi tibbi xidmətlərdə şəffaflıq, effektivlik və vətəndaş məmnuniyyətini artıran mühüm vasitədir.
Müəllif: Günel Fərzəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















