Icma.az
close
up
RU
ICESCOnun Baş direktoru: Əgər iqlim prosesləri nəzərdə saxlamasaq, öz mədəniyyət irsimizi itirə bilərik AZƏRTAC

ICESCOnun Baş direktoru: Əgər iqlim prosesləri nəzərdə saxlamasaq, öz mədəniyyət irsimizi itirə bilərik AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

“Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və Azərbaycan xalqını COP29 konfransının yüksək səviyyəli təşkilatçılıq münasibətilə təbrik edirəm. Siz bütün dünyanı Bakıda bir araya gətirmisiniz. Burada böyük əhəmiyyət kəsb edən iqlim və ətraf mühit mövzularını qaldırmaq olduqca zəruridir. Biz hamımız iqlim dəyişmələrinə qarşı dözümlü olmalıyıq. Öz doğma planetimizi, Yer kürəmizi qorumaq üçün birgə əməkdaşlıq etməliyik”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik COP29 çərçivəsində Mavi Zonada təşkilatın sərgi pavilyonunda deyib.

"Bu konfrasda müxtəlif qurumlardan, təşkilatlardan və ölkələrdən çoxlu sayda təşəbbüslər irəli sürülür. Əsas çağırış maliyyədən əlavə olaraq, birgə əməkdaşlıqla bağlıdır. Mən bu birgə əməkdaşlığın COP29 çərçivəsində şahidi oldum. Burada elə ab-hava yaradılıb ki, insanları əməkdaşlıq etməyə ruhlandırır, bu isə gələcəyimizə doğru böyük bir addım atmaq deməkdir. ICESCO olaraq, nümayəndə heyətimiz COP29 çərçivəsində 50-dən çox tədbirlərə qatılıb. Həmən tədbirlər iqlim dəyişmələrilə mübarizə, ətraf mühitin qorunması, qida təhlükəsizliyi və su resurslarının idarəçiliyini əhatə edib", - deyə Salim bin Məhəmməd əl-Malik bildirib.

Bu yaxınlarda COP29 çərçivəsində Kosmik Liderlərin Sammitində çıxış etdiyini xatırladan Salim bin Məhəmməd əl-Malik deyib ki, Sammitdə bir sıra mühüm beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

"Öz çıxışımda mən iqlimin kosmosla yaxın bağlılığını vurğuladım. ICESCO-nun hazırda 53 üzvü var. Halbuki onlardan çoxu kosmos sektoruna kifayət qədər investisiya yatırmayıb. Odur ki, biz üzvlərimizlə danışıqlar aparıb onlara izah etməliyik ki, kosmos gələcək deməkdir. Məhz buna görə də biz üzv ölkələr üçün Kosmos Elm Ekosistem Məlumatlandırma Proqramını işə salırıq. Bundan əlavə, biz üzvlüyümüzdən kənar tərəfdaşlarla əməkdaşlıqlar qurmağa çalışırıq. Dünən biz həmçinin mədəniyyət və ətraf mühit arasında bağlılığı əhatə edən tədbirə də qatılmışıq. Zənnimcə, əgər iqlim proseslərini nəzərdə saxlamasaq, öz mədəniyyət irsimizi itirə bilərik. Biz həmçinin bu gün su təhlükəsizliyi və biomüxtəliflik çağırışları həll edən proqramını işə salmışıq. ICESCO olaraq bu fürsətdən istifadə edib iqlim dəyişmələrinə qarşı dözümlüyü təbliğ edirik", - deyə Salim bin Məhəmməd əl-Malik əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri