Icma.az
close
up
RU
ICESCOnun Baş direktoru: Əgər iqlim proseslərini nəzərdə saxlamasaq, öz mədəniyyət irsimizi itirə bilərik VİDEO AZƏRTAC

ICESCOnun Baş direktoru: Əgər iqlim proseslərini nəzərdə saxlamasaq, öz mədəniyyət irsimizi itirə bilərik VİDEO AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

“Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və Azərbaycan xalqını COP29 konfransının yüksəksəviyyəli təşkilatçılıq münasibətilə təbrik edirəm. Siz bütün dünyanı Bakıda bir araya gətirmisiniz. Burada böyük əhəmiyyət kəsb edən iqlim və ətraf mühit mövzularını qaldırmaq olduqca zəruridir. Biz hamımız iqlim dəyişmələrinə qarşı dözümlü olmalıyıq. Öz doğma planetimizi, Yer kürəmizi qorumaq üçün birgə əməkdaşlıq etməliyik”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik COP29 çərçivəsində Mavi Zonada təşkilatın sərgi pavilyonunda deyib.

"Bu konfransda müxtəlif qurumlardan, təşkilatlardan və ölkələrdən çoxlu sayda təşəbbüslər irəli sürülür. Əsas çağırış maliyyədən əlavə olaraq, birgə əməkdaşlıqla bağlıdır. Mən bu birgə əməkdaşlığın COP29 çərçivəsində şahidi oldum. Burada elə ab-hava yaradılıb ki, insanları əməkdaşlıq etməyə ruhlandırır, bu isə gələcəyimizə doğru böyük bir addım atmaq deməkdir. ICESCO olaraq, nümayəndə heyətimiz COP29 çərçivəsində 50-dən çox tədbirlərə qatılıb. Həmən tədbirlər iqlim dəyişmələrilə mübarizə, ətraf mühitin qorunması, qida təhlükəsizliyi və su resurslarının idarəçiliyini əhatə edib", - deyə Salim bin Məhəmməd əl-Malik bildirib.

Bu yaxınlarda COP29 çərçivəsində Kosmik Liderlərin Sammitində çıxış etdiyini xatırladan Salim bin Məhəmməd əl-Malik deyib ki, Sammitdə bir sıra mühüm beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

"Öz çıxışımda mən iqlimin kosmosla yaxın bağlılığını vurğuladım. ICESCO-nun hazırda 53 üzvü var. Halbuki onlardan çoxu kosmos sektoruna kifayət qədər investisiya yatırmayıb. Odur ki, biz üzvlərimizlə danışıqlar aparıb onlara izah etməliyik ki, kosmos gələcək deməkdir. Məhz buna görə də biz üzv ölkələr üçün Kosmos Elm Ekosistem Məlumatlandırma Proqramını işə salırıq. Bundan əlavə, biz üzvlüyümüzdən kənar tərəfdaşlarla əməkdaşlıqlar qurmağa çalışırıq. Dünən biz, həmçinin mədəniyyət və ətraf mühit arasında bağlılığı əhatə edən tədbirə də qatılmışıq. Zənnimcə, əgər iqlim proseslərini nəzərdə saxlamasaq, öz mədəniyyət irsimizi itirə bilərik. Biz, həmçinin bu gün su təhlükəsizliyi və biomüxtəliflik çağırışlarını həll edən proqramı işə salmışıq. ICESCO olaraq bu fürsətdən istifadə edib iqlim dəyişmələrinə qarşı dözümlülüyü təbliğ edirik", - deyə Salim bin Məhəmməd əl-Malik əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri