Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

İçib keçmiş arvadını 10 manata görə bıçaqladı

İçib keçmiş arvadını 10 manata görə bıçaqladı

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Göygöl rayonunda 1980-ci il təvəllüdlü Məmməd keçmiş həyat yoldaşı Ramiləyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 24-də baş verib. Məmməd həmin gün saat 18 radələrində boşanaraq ayrı yaşamasına baxmayaraq ünvanına daimi ziyarət üçün gəldiyi keçmiş arvadı Ramilə ilə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Həmçinin həmin evdə mətbəxdən götürdüyü bıçaqla qadını vuraraq ona deşici-kəsici xəsarətlər yetirib. 
Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Ramilə ilə 2001-ci ildə ailə həyatı qurub, həmin nigahdan iki övladı var:
“Sonradan mübahisələrimiz olduğu üçün 2014-cü ildə boşandıq, ayrı yaşamağa başladıq. Ayrıldıqdan sonra Ramilə oğlum ilə birlikdə yaşamağa başlasa da, arada onun yaşadığı ünvana getmişəm. Hazırkı hadisə günü Goranboy rayonunda qohumumun ad günüdə spirtli içki qəbul etdim və yaşadığım Göygöl rayonuna qayıtdığım zaman üzərimdə olan geyimləri çirkləndiyi üçün Ramilənin yaşadığı ünvana oğlumun geyimlərindən geyinmək üçün döndüm. Həmin ünvana getdiyim zaman evdə gəlinim Ləman, Ramilənin qohumu Aydın, azyaşlı nəvəm olsa da, Ramilə evdə olmayıb. Evə girdikdə Ləmandan çay süzməsini istədim. Həmçinin təmiz geyimlər verməsini istədiyim üçün Ləman mənə geyim verdi, sonra isə çay süzdü”. 
Təqisrləndirilən şəxs qeyd edib ki, daha sonra içkili olduğu üçün bir müddət Ramilənin yanında qalmış bacısı Aydanın onun sənədlərinin qarışdırıldığını, 10 manat pulunun götürüldüyünü deməsi yadına düşdüyü üçün onlara irad bildirib:
“Aydanın hansı səbəbə 10 manat pulunu götürdüklərini, sənədlərini qarşdırmalarını irad tutdum. Onlar bu işi götürmədiklərini bildirdilər, etiraz etdilər. Həmin zaman Ramilə gələrək içəri keçdi, eyni iradları ona da bildirdim. Bundan sonra əsəbləşərək stəkanda olan çayı götürdüm və Ramilənin üzərinə atdım. Bu zaman Aydın araya girərək məni həmin otaqdan bayıra çıxartsa da, oradan mətbəxdən bıçağı götürərək geri qayıtdım. Ramilə qapını örtərək içəri girməməyim üçün əli ilə tutdu. Mən qapını itələyərək bıçaqla ona tərəf zərbə endirdim. Həmin zərbə Ramilənin sol qoluna dəydi”.
Məmməd deyib ki, daha sonra Aydın araya girib və bıçağı əlindən almaq istəyib: “Bu zaman əlim ilə Aydını itələdim. Həmin zaman əlim onun  sifətinə dəydi. Bundan sonra əsəbləşdiyim üçün mətbəxdə olan boşqabları otağın qapısına çırparaq sındırdım. Aydın mənimlə əlbəyaxa olaraq evdən bayıra çıxartdıqdan sonra oradan uzaqlaşdım”.
Ramilə ifadəsində göstərib ki, keçmiş əri Məmməd spirtli içki içdiyi vaxtlarda yaşadığı ünvana gəlib və səbəbsiz yerə mübahisələr etməsi mütəmadi olub: “Bir neçə müddətdir ki, Məmmədin bacısı Aydan ailəsi sahib çıxmadığı üçün mənimlə birlikdə yaşayıb. Təxminən məlum hadisədən 1 həftə əvvəl Aydan Göygöl rayonunun kəndinə getdi. Həmin zaman bazarlıq etməm üçün 100 manat da verdi. Lakin Aydan zəng edərək evdə qonaq olduğu zaman çantasının qarışdırıldığını, oğlumun çantasından 10 manat pul götürməsini bildirdi. Mən isə ona çantasının yanında olmasını, şər atmamasını dedim”.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü saat 18 radələrində marketdən evə qayıdarkən Məmmədin yaşadığı ünvanda olmasını, Ləmanın isə ona çay verdiyini görüb:
“Mən evə girərək nəvəmin yanına keçdim. Bu zaman Məmməd bacısı Aydanın çantasından 10 manat pul oğurladığını iddia edərək səbəbsiz yerə stəkanda olan qaynar çayı üzərimə atdı. Məmmədə suyun nəvəmə dəyə biləcəyini deyərək irad bildirdim. Məmməd evin əsas otağından mətbəxə keçərək bıçaq götürdü və yenidən  içəri otağa qayıtdı. Otağın əsas qapısını Məmmədin açmaması üçün əlim ilə tutdum. Lakin ona güc çatdıra bilmədim. Məmməd qapını açaraq bıçaqla mənə ardıcıl zərbələr vurdu. Həmin zərbələrdən biri sol qoluma xəsarət yetirdi. Həmin zaman evdə olan Aydın araya girərək Məmmədin əlindən bıçağı almağa çalışdıqda onunla əlbəyaxa oldu. Aydın bıçağı tutduğu üçün Məmməd digər əli ilə onun sifətinə yumruqla zərbə endirdi. Aydın Məmmədi əli ilə arxaya itələdi. Bu zaman Məmməd mətbəxə girərək oradan boşqabları götürərək içəriyə doğru, bizim üzərimizə atmağa başladı. Aydın yenidən onun qabağını kəsərək tutduqda əlbəyaxa oldu. Aydın Məmmədi sürükləyərək evdən çıxartdı və evin bayır qapısını bağladı. Məmməd içəri girməyə cəhd etsə də, mən polisə müraciət edəcəyimi dediyim zaman qaçaraq oradan uzaqlaşdı”.
Həmçinin zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edib. O, təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödəndiyini, heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayəti olmayacağını göstərib. 
Göygöl Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri