Icma.az
close
up
RU
İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləri

İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləri

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən il ərazində Abşeron rayon İcra Hakimiyyəti toplam 7 tender keçirib.

Mia.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu tenderlər üzrə 5 milyon 314 min 41 manat pul xərclənib.

Bildirək ki, bu müsabiqələrə yolların təmiri, bina fondunun yenilənməsi, park tikintisi, Xırdalan şəhərinin işıqlandırılması və digər işlər daxildir.

Məsələnin maraqlı tərəfi odur ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərəzliyev bütün bu tenderləri bir şirkətə verib. Söhbət “PROQRESS İNŞAAT EN” MMC-dən gedir.

Abşeronda hər işi görən bu şirkətlə İcra Hakimiyyəti arasında o qədər dərin bağlar var ki, Fərəzliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü” ilə əlaqədar tədbirin təşkili işlərini də bu şirkətə etibar eib. Bunun üçün də 190 min 331 manat pul da alıb.

“PROQRESS İNŞAAT EN” MMC ümumilikdə 2024-cü il ərazində cəmi 15 tenderə qatılıb. Onun 7-si Abşeron rayon İcra Hakimiyyətinin, 2-si Sumqayıt İcra Hakimiyyətinin (toplam 2 milyon manata yaxın), ikisi isə Beləqan İcra Hakimiyyətinin (toplam  637 min manat) keçirdiyi tenderlər olub. Bundan başqa, MMC “AZƏRİSTİLİKTƏCHİZAT” ASC 250 minlik, AMEA-nın 120 minlik, Biləsuvar İC-in 33.5 minlik, SDU-nun 83.2 minlik müsabiqələrini də ala bilib.

Nəzərinizə çatdıraq ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlunun barəsində kifayət qədər geniş məlumatlar var.Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir.

Bu məlumatın mövcudluğu  onu deməyə əsas verir ki, Abidin Fərzəliyevlə şirkət arasındakı simsarlıq elə bu yeznə-kürəkən məsələsinə bağlıdır. Yəni, Abşeronun icra başçısı kənar adama deyil, elə Mehbalıyevin kürəkəninə tenderləri verməklə, lazım olanda bu odioz məmurun əli ilə işlər görməyə çalışır.

Yazıda adı keçən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://mia.az
archiveBu xəbər 31 Mart 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see245

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see154

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see139

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see123

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri