İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi (FOTO)
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.
Sitat.info xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ağayev Murad Əsgər oğlu başçısının köməkçisi təyin olunub.
Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.
Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.
Məlumat mətbuatda dərc olunduqdan sonra - 18 avqust 2021-ci ildə Əziz Əzizov bacısı oğlunu vəzifədən azad edib.
![](https://cdn.qaynarinfo.az/2024-11/31fbeb6102d0b20bedf3bf8831f9b4054f9a7704-1a7e-456a-9438-be209b2c1bf2-jpg.jpg)
![](https://cdn.qaynarinfo.az/2024-11/4383d591b546ab51ec696e49c1038c6f38e36203-8642-471e-889b-2eef456ed2db-jpg.jpg)
![see](https://icma.az/template/assets/see.png)