İcra başçısı Günəş Şirvanskaya ilə bayram mərasimi üçün anlaşdı 62 min manatlıq tədbir keçiriləcək
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Abşeron Rayon İcra Hakimiyyəti keçirdiyi tender müsabiqəsinin qalibi “RR Travel Company” MMC (VÖEN – 1305786331) olub.
Yeniavaz.com xəbər verir ki, İcra Hakimiyyəti “RR Travel Company” MMC-yə Abşeron rayonu ərazisində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbirlərin keçirilməsi xidmətlərinin satınalınmasına görə 62 min 245 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “RR Travel Company” MMC-nin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır.
Şirkət 21 noyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir.
Qeyd edək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb.
“RR Travel Company” MMC “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir.
Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb.
MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.
Baxış sayı:62
Bu xəbər 26 Dekabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















